Epidemiya dövründə telefonların hansı yolla istifadəsi təhlükəsizdir? - FOTO

13:21 18-04-2020 | icon 503 | Maraqlı
Epidemiya dövründə telefonların hansı yolla istifadəsi təhlükəsizdir? - FOTO

Koronavirusa qarşı tədbir üçün cib telefonlarını streç üzlüklə sarıyıb, istifadə etmək məsləhət görülür.

 

“HaberGlobal”ın məlumatına görə, bunu türkiyəli professor Hüsnü Pullukçu bildirib.

 

“Cib telefonları həyatımızın çox hissəsini əhatə edir. Demək olar ki, bütün günü əlimizdə olur, üzərinə çoxlu bakteriya və virus toplanır”.

 

 

O, epidemiya dövründə telefonlardan düzgün istifadənin iki yolu olduğunu bildirib:

“Telefonunuz suya davamlıdırsa, dezinfeksiyaedici vasitə ilə təmizləmək, yaxud spirt hopdurulmuş dəsmalla silmək lazımdır. Əks təqdirdə, telefon istifadəsi bizim üçün təhlükəli ola bilər. Səhər streç üzlüklə sarıdıqdan sonra, axşam evə gəldikdən sonra onu çıxarmaq kifayət edəcək”.

 

 

Professor streç üzlüyə sarıldıqda belə telefona toxunduqdan sonra əlləri üzə və gözə vurmamaq barədə xəbərdarlıq edib.

 

 

O, həmçinin, bir çoxlarının bu dövrdə plastik qaba üstünlük verməsini yanlış addım adlandırıb:

“Plastik səthlər şüşələrə nisbətən virusu daha uzun müddət (müxtəlif məlumatlara görə, 4-7 gün) özündə saxlayır. Buna görə, şüşə qablardan istifadə daha məqsədəuyğundur”, - deyə o bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol