LİDER XOŞBƏXTLİYİNİN UNİVERSAL FORMULU

10:21 19-04-2020 | icon 1791 | Kürsü
LİDER XOŞBƏXTLİYİNİN UNİVERSAL FORMULU

Xalqı ona görə prezidentini sevir ki...


ELMAN NƏSİROV

/millət vəkili/

 

Xalq-hakimiyyət birliyi istənilən dövlətdə siyasi sabitliyi və təhlükəsizlik mühitini şərtləndirən həlledici amildir. Bu birlik təsadüfən, öz-özünə formalaşmır. Onun üçün əsas şərt xalqını arxasınca aparmağı bacaran güclü və xarizmalı lider amilinin olmasıdır. Elə bir lider ki, müstəqil siyasət aparmaq iqtidarında olsun. Elə bir lider ki, xalqı və dövlətinin milli maraqlarını bütün mənafelərin fövqünə yüksəltsin. Elə bir lider ki, sözü və əməli üst-üstə düşsün.

 

Belə liderləri tarixə bəxş edən xalqlar və dövlətlər böyük, əzəmətli və bəxtəvərdir. Öz əməlləri ilə xalqı və dövlətinin sonsuz sevgisini qazanmış liderlər isə xoşbəxtdir. Məsələyə bu xüsusda yanaşdıqda böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev xoşbəxt dövlət rəhbəridir. Xalqı öna görə cənab prezidenti sevir ki, o, müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyev müəyyən etdiyi siyasi kursa sadiqdir və son 17 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. Xalqı ona görə prezidentini sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diqtəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, güclü ordusunda və uğurlu xarici siyasətində öz təsdiqini tapır. 2018-ci il 11 aprel prezident seçkilərindən sonra bəyan etdiyi və tətbiqinə başladığı genişmiqyaslı və hərtərəfli islahatlar kursu sayəsində Azərbaycanın siması büsbütün dəyişməkdədir. Müasir, sivil, demokratik inkişaf yolunu seçmiş Azərbaycanın səsi dünya meridianlarında daha ucadan eşidilməkdədir. Heç bir fors-major vəziyyət arxasında xalqının dayandığı Prezident İlham Əliyevin hadisə və proselərə prinsipial və qətiyyətli yanaşma tərzinə, preventiv, proflaktik, adrıcıl və sistemli qərarqəbuletmə məharətinə və sarsılmaz iradəsinə təsir edə bilməz. Bu həqiqət bütün dünya dövlətlərini öz əsarətinə almış COVİD-19 pandemiyası ilə qlobal mübarizə şəraitində tam çılpağlığı ilə özünü biruzə verdi. Prezident İlham Əliyevin COVİD-19 pandemiyasına qarşı 3 istiqamətdə (əhalinin həyatı və sağlamlığının qorunmsaı; əhalinin sosial müdafiəsinin təmin olunması; iqtisadi fəallığın inkişaf etdirilməsi) müəyyən etdiyi mübarizə strategiyası sayəsində Azərbaycan bu ümumi bəlanın doğurduğu itkiləri minimuma endirməyi bacaran dövlətlər siyahısındadır. Bu həqiqət Ümumdünya Səhiyyə Təşkılatının rəhbərliyi səviyyəsində bir neçə dəfə etiraf olunmuş və Azərbaycan bu baxımdan nümunəvi dövlətlər sırasında qeyd edilmişdir. Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirləri bir çox dövlətlər tərəfindən model olaraq seçilmiş və təkrar olunmaqdadır.


Yuxarıda qeyd olunan hər üç istiqamət üzrə dövlət başçısının rəhbərliyi altında atılan irimiqyaslı adımlar xalqımız tərəfindən yüksək qiymətləndirilir və alqışlanır. Təsadüfi deyildir ki, hər gün minlərlə soydaşımız Prezident İlham Əliyevə ünvanladığı minnətdarlıq məktublarında ümumi bəlaya çevrilmiş pandemiyaya qarşı mübarizədə dövlət başçısının qətiyyətinə, tələbkarlığına, peşəkarlığına, humanizminə, xeyirxahlığına, qayğısına və şəfqətinə heyran qaldıqlarına dilə gətirir, öz rəhbərləri ilə fəxr və qurur hissi keçirdiklərini vurğulayırlar. Bu məktubların letytmotivini təşkil edən əsas ideya odur ki, cənab prezident öz güc mənbəyi olan xalqının hər bir nümayəndəsinin prezidenti olduğunu 17 ildir ki, hər gün, hər saat, hər saniyə konkret əməli addımları ilə sübut edir, pandemiya dövründə hər bir azərbaycanlının sağlamlığı və həyatını hifz etməyi, əhalinin sosial müdafiəsini təmin etməyi, paralel olaraq iqtisadi fəallığı həyata keşirməyi öz fəaliyyətinin bir nömrəli vəzifəsi kimi müəyyən edib və bu istiqamətdə mərhələli şəkildə kompleks tədbirlər həyata keçirir. Bu məqsədlə sosial təcrid siyasəti və karantin rejiminin tətbiqi prosesi mərhələli sərtləşmə addımları ilə müşaiyət olunur. Bu tədbirlərin ilkin olaraq aprelin 20-dək davam etdirilməsi nəzərdə tutulsa da, real vəziyyətə adekvat olaraq həmin müddətin 4 may gecə saat 12-dək uzadılması qərara alınmışdır.


Bundan savayı, dövlət rəhbərinə ünvanlanan çoxsaylı təşəkkür məktublarında pandemiyadan ziyan çəkən sahibkarlıq subyektlərinə, mikro sahibkarlara, yəni təxminən 600 min nəfərə dövlət tərəfindən ciddi maliyyə dəstəyinin göstərilməsi, təxminən bir milyona yaxın dövlət sektorunda çalışan işçilərin mütləq əksəriyyətinə işləmədikləri halda əmək haqqının ödənilməsi, ilkin olaraq 200 min nəfər işsizin hər birinə aprel və may ayları üzrə 190 manat ödənişin verilməsi nəzərdə tutulsa da, onun əhatə dairəsinin 600 min nəfərə çatdırılması, ünvanlı sosial yardımların əvvəlki 70 min deyil, 80 min ailəyə (330 min nəfər) şamil edilməsi, özünüməşğulluq proqramına 12 min ailənin cəlb edilməsi, əhaliyə kommunal və kredit güzəştlərinin həyata keçirilməsi və s. bu qəbildən olan əhəmiyyətli addımlar göstərilir, razılıq və məmnunluq hissi ifadə olunur.


Xalqının qürür mənbəyinə çevrilmiş Prezident İlham Əliyev isə bəyan edir ki, bütün imkan, potensial və resurslarımızdan istifadə edib bu çətin sınaqdan da şərəflə çıxacağıq. Hal-hazırda karantin rejiminin müddətini pandemiyanını hələ də mövcudluğu şəraitində uzatsaq da, eyni zamanda mərhələli şəkildə sosial təcrid siyasətinin yumşaldlması istiqamətində də addımlar atmaq niyyətindəyik. Əsas olan odur ki, həmrəyliyimiz və birliyimiz heç zaman olmadığı ən yüksək səviyyədədir.


Həqiqət naminə onu da etiraf edək ki, xalq-prezident birliyi və ülviyyəti də bu böyük sınaq zamanında möhkəmlik testindən şərəflə çıxdı. Heç bir nə daxili, nə də xarici qüvvə bu vəhdəti poza bilməz. Arxasında qalqı dayanan Prezident yenilməzdir. Bu həqiqət Azərbaycana xor baxan, qənim kəsilən, iftira və yalan toxumu səpən istənilən siyasi dairə və onun əlaltıları üçün ibrət dərsi olmalıdır.


Təəssüf ki, həmişə olduğu kimi, bu dəfə də radikal müxalif qruplaşma xalqın sağlamlığı və həyatı, dövlətin təhlükəsizliyi böyük sınaq qarşısında olduğu bir reallıqda yenə də dönük və satqın xislətlərinə sadiq qaldılar. Başqa cür ola da bilməzdi. “Pulu verən mahınını sifariş edir” məntiqi ilə hərəkətə gələn, atdıqları hər bir xəyanətkar addımları ilə xalqdan daha da uzaqlaşan və yalquzaq həyatı yaşamağa məhkum olan bu siyasiləşmiş “məxluq”lar əslində tarixin “anti-qəhrəman”ları olaraq özləri özlərinin qəbirqazanına çevrilirlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol