Bu gün ilk azərbaycanlı pediatr Əbülfəz Qarayevin doğum günüdür

11:30 20-04-2020 | icon 524 | Sağlamlıq
Bu gün ilk azərbaycanlı pediatr Əbülfəz Qarayevin doğum günüdür

Versus.Az xəbər verir ki, Əbülfəz Fərəc oğlu Qarayev 1885-ci il aprel ayının 20-də Bakı şəhərində anadan olub. O, 1896-cı ildə Bakı gimnaziyasına daxil olub, 1907-ci ildə ordakı təhsilini tamamlayıb. Gimnaziyanı bitirdikdən sonra Əbülfəz Qarayev Odessa şəhərində Novorossiysk Universitetinin tibb fakültəsinə daxil olub, 1912-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirib.

 

Odessadan Bakıya qayıtıqdan sonra gənc həkim, gələcək həyat yoldaşı Sona xanım Axundova ilə tanış olur. Sona xanım Axundova Azərbaycanda tanınmış vəkil İskəndər bəy Axundovun qızı idi. Sonanın valideynləri mütərəqqi fikirli insanlar idi və o vaxtın sərt şəriət qaydalarına baxmayaraq qızlarına mükəmməl təhsil vermişdilər. Sona xanım Peterburq Smolnı İnstitutunun Bakı filialı olan Müqəddəs Nina gimnaziyasında, habelə Rusiya Musiqi Cəmiyyətinin nəzdindəki Bakı Musiqi Məktəbinin fortepiano ixtisası üzrə təhsil alıb.

 

Əbülfəz Qarayevlə Sona xanımın iki oğlu dünyaya gəlir. Bunlar dünya şöhrətli, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev və görkəmli cərrah Mürsəl Qarayevdir. Pediatr 1938-ci ildə doktorluq dissertasiyasını müdafiə . Onun pedaqoji fəaliyyəti dövründə yetişmiş mütəxəssislərin çoxu bu gün Azərbaycan pediatriyasının qabaqcıl nümayəndələridir. Bakının 2 saylı Uşaq Klinik Xəstəxanası onun adını daşıyır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin