Deputat seçiciləri ilə online şəkildə görüntülü danışıb
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son 4 gündə Tovuz rayonundan olan 100-dən artıq seçicisi ilə online şəkildə görüntülü danışıb.
Versus.Az xəbər verir ki, millət vəkili onların müraciətlərini, qayğılarını dinləyib və həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb.
Müraciətlərin böyük bir hissəsinin öz müsbət həllini tapdığını vurğulayan Qənirə Paşayeva bəzi seçicilərin müraciətləri ilə bağlı isə müvafiq qurumlara rəsmi müraciətlər göndərəcəyini qeyd edib.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"