Aprel ayı üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişinə başlanıb

19:38 20-04-2020 | icon 460 | Sosial
Aprel ayı üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişinə başlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayı üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişinə başlanıb. 

 

Nazirlikdən Versus.Az-a verilən məlumata görə, bu gün Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi, Qaradağ rayonları, eləcə də Abşeron rayonu və respublikanın digər şəhər və rayonları üzrə  müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirildi. Sabah isə paytaxtın Nizami, Nərimanov, Xətai, Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə həmin ödənişlər təmin ediləcək.

 

Yaşı 65-dən yuxarı olan və bu növlərdə ödəniş alan şəxslərin yaxınları, ailə üzvləri evdən çıxmaq üçün müvafiq icazə əsasında, habelə tənhalara xidmət edən sosial xidmətçilər həmin vəsaitləri istənilən bankın, həmçinin “Azərpoçt”un bankomatlarından və ya posterminallarından alaraq (hər hansı faiz tutulmadan) sahiblərinə çatdıra bilərlər.

 

Qrafikə əsasən aprelin 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi nəzərdə tutulub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin