Qənirə Paşayeva yardımlaşmada ona dəstək olan hər kəsə təşəkkür etdi

09:39 21-04-2020 | icon 302 | Siyasət
Qənirə Paşayeva yardımlaşmada ona dəstək olan hər kəsə təşəkkür etdi

"Pandemiya səbəbindən çətin vəziyyətə düşən insanlarımıza dəstək üçün çalışırıq və çalışmağa davam edəcəyik"

 

"Tovuzlu iş adamlarına, ziyalılarımıza, imkanı çatan insanlarımıza çağırışımızı dəstəkləyərək Tovuz rayonunda koronavirus pandemiyasi səbəbindən ailə vəziyyəti çətinləşən ailələrdən 300-dən çox ailəmizə sadəcə son 5 gün ərzində mənimlə birlikdə yardım göndərən bütün dostlarıma, həmyerlilərimiz iş adamlarına, ziyalılara təşəkkürümü bildirirəm".

 

Versus.Az xəbər verir ki, bunu millət vəkili, Milli Məclisin Mədəmiyyət Komitəsinin sədri Qənirə Paşayeva özünün "facebook" hesabında yazıb.

 

Millət vəkili yazır:

"Bu yardımların aparılması və paylanılması üçün əlimizdən gələn dəstəyi əsirgəmədik. İndiyə qədər olduğu kimi bundan sonra da insanlarımıza dəstək olan hər bir xeyirxah təşəbbüsə dəstəyimizi əsirgəməyəcəyik. Pandemiya başlayan gündən millət vəkili kimi bütün gücümüzlə pandemiya səbəbindən çətin vəziyyətə düşən insanlarımıza dəstək üçün çalışırıq və çalışmağa davam edəcəyik. Eyni zamanda bu günə qədər Tovuzda pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrimizə dəstək olan hər bir insanımıza, qurum və təşkilatlarımıza dərin təşəkkürümü bildirirəm. Hər gün icra qurumlarımızla, onlarla sakinimizlə, pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrimizlə danışıram, online görüntülü müzakirə aparırıq və bütün gücümüzlə dəstək olmağa çalışırıq. İmkanları yaxşı olan bir sıra həmyerlilərimizə çağırış edərək onları çətin vəziyyətə düşən ailələrimizə dəstəklə bağlı daha da fəal olmağa, birbaşa sakinlərimizin özlərinə və ya rəsmi təşkilatlarımızın nümayəndələri ilə birlikdə insanlarımıza bu yardımları çatdırmağa çağırırıq.

Bir millət vəkili kimi və rəhbərlik etdiyim Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB olaraq da əlimizdən gələn dəstəyi insanlarımıza daha da çox etməyə çalışırıq. Pandemiya başlayan zamandan bu günə qədər hansı rayonumuza dəstək olmasından asılı olmayaraq, pandemiya səbəbindən çətin vəziyyətə düşən insanlarımıza dəstək olaraq Dövlətimizin yanında olan bütün insanlara təşəkkür edirəm. Allah razı olsun!

Heydər Əliyev Fondunun bu istiqamətdə fəal fəaliyyəti hamımız üçün ən gözəl örnəkdir! Cənab Prezidentimizə bütün dünyada ciddi böhran yaradan pandemiya səbəbindən çətin vəziyyətə düşən insanlarımız, ailələrə dəstəklə bağlı verdiyi sərəncamlara, tapşırıqlara, həyata keçirilən işlərə görə təşəkkürümüzü bildirməklə yanaşı hər bir imkanı çatan insan bu addımlardan örnək alaraq belə ailələrə dəstək göstərməklə Ali Baş Komandanımızın ətrafında Dövlətimiz və Xalqımız üçün birliyimizi daha da artırdığımızı nümayiş etdirir.

Cənab Prezidentimizin də vurğuladığı kimi #Bizbirlikdəgüclüyük!"

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI