Əlillik müddəti başa çatanların nəzərinə

12:49 21-04-2020 | icon 578 | Cəmiyyət
Əlillik müddəti başa çatanların nəzərinə

Pandemiya ilə əlaqədar sosial dəstək tədbirlərindən biri kimi, əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadıldığından onlara əlilliyə görə aylıq müavinət və ya pensiya ödənişi davam etdirilir.

 

Versus.Az xəbər verir ki, bu barədə Əmək və Əahlinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin məlumatında bildirilib.

 

Qeyd olunub ki, sağlamlıq imkanları məhdudluq müddəti həmin vaxtdan bitən uşaqlar üçün də bu müddət uzadıldığına görə onlara da aylıq müavinət ödənilməkdə davam edir. 

 

Yəni, əlillik müddəti martın 1-dən başa çatanlara da müavinət və ya pensiya ödənişi davam etdirilir

 

Eyni zamanda, qeyd olunan əlilliyi olan şəxslərdən birinci dərəcə əlilliyi olanlara və sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər üçün aylıq təqaüdün verilməsi də davam edir.

 

Bu sosial müdafiə tədbiri ümumilikdə 14 min şəxsi əhatə edir və bunun üçün 2,6 milyon manat ayrılıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...