Əli Kərimli "blokadası" və çözümü

18:17 21-04-2020 | icon 1130 | Siyasət
Əli Kərimli "blokadası" və çözümü

“Kimlərsə özləri üçün təbliğat qurur ki, biz məzlumuq, Kərbəla müsibəti ilə üzləşmişik və kimsə səsini çıxartmır”

 

Son günlər müxalifət partiyaları AXCP sədrinin “ev dustağı” edilməsi ilə bağlı verdiyi bəyanatlara dəstək vermədiklərinə görə Əli Kərimli tərəfdarları tərəfindən kəskin qınanırlar. Belə iddialar var ki, partiya sədri Əli Kərimli və ailə üzvlərinə qarşı təzyiqlər edilir, onun özünün və ailə üzvlərinin internet və telefon xətləri qapadılıb, yaşadığı ev nəzarətə götürülüb, yanına gələn partiya üzvləri təhdidlərə məruz qalır və faktiki olaraq o, ev dustağı edilib.

 

Belə hesab olunur ki, hökumət ana müxalifət partiyalarından birinin sədrini tərəfdarlarından ayrı salmağa, koronavirus korrupsiyasını ört-basdır etmək üçün gündəmi dəyişdirməyə çalışır. 

 

İqbal Ağazadə: “Əgər mənim üzərimdən özünə piyar qurub “yaxşı oğlan” olduğunu göstərmək istəyirsə, eyvallah...”

 

Ümid Partiyasının sədri İqbal Ağazadə Versus.az-a bildirib ki, hazırki vaxtda kimlərsə bundan istifadə edərək partiyaya qarşı əks-kampaniya aparmağa çalışır:

 

“Kimlərsə özləri üçün təbliğat qurur ki, biz məzlumuq, Kərbəla müsibəti ilə üzləşmişik və kimsə səsini çıxartmır. Ona xatırladıram ki, biz öz fikrimizi 7 gün əvvəl demişik. Neyniyim ki, sən görməmisən. Sadəcə adamın tərbiyəsi olar...

Kimsə bizə qarşı əks-kampaniya yaratmaq üçün vəziyyətdən sui-istifadə etməsin! Yox, əgər mənim üzərimdən özünə piyar qurmaq, “yaxşı oğlan” olduğunu göstərmək istəyirsə, eyvallah”.

 

İ.Ağazadə partiya olaraq istənilən halda Əli Kərimlini də müdafiə etdiklərini deyib:

“Haqqı tapdanan kim olubsa, Ümid Partiyası olaraq, onun yanında olmuşuq. Əli Kərimli də Azərbaycan Vətəndaşıdır, həm də siyasi partiya sədridir. Təbii ki, biz Əli Kərimlini də, haqqı pozulan hər bir vətəndaş kimi müdafiə eləmişik. Bu gün də baş verən hadisələri qətiyyətlə pisləyirik”. 

 

Partiya sədri bildirib ki, internetin, kommunikasiya xətlərinin kəsilməsi ilə bağlı fikrini ifadə edib. O, karantin rejiminə hər hansı bir formada əməl olunmamasına qarşı çıxıb:

“Mən ümumi karantin rejimində kiməsə əlahiddə statusun verilməsinin tərəfdarı deyiləm. Çıxmaq istəyirsə, 8103 zəng edib çıxar”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı