İftar süfrələrində israfçılıq və ifratçılıq

14:23 22-05-2018 | icon 919 | Köşə
İftar süfrələrində israfçılıq və ifratçılıq

  

AĞANİSƏ SULTANOVA

 

ALLAHLA Onun qulu, yaratdığı arasında elə bağlantılar var ki, belə demək mümkünsə, bunu yazmağa, göstərməyə, reklam etməyə ehtiyac yoxdur. Namaz qılmaq, oruc tutmaq dinimizdə müsalmanlara vacib qılınan əməllərdən biridir. Ramazan ayının mübarək adı on bir ayın Sultanı. Paklıq, saflıq, günahlardan arınma, qardaşlıq, paylaşmaq ayı.

 

Dünəndən baxıram, yenə iftar süfrələrinin fotoları, yemək-içmək, zəngin süfrələr. Beş-altı dostunu, tanışını yıgıb başına, elə bil iftardan çox selfilər, rəsmlər çəkməyə gəliblər. Dinimizdə də var, Peyğəmbərimiz də buyurur ki, (S.A.V) Ramazan ayında iftar süfrələri açmaq, ehtiyacı olanları iftara dəvət etmək, yoxsul insanları sevindirmək savabdır.

 

Bir neçə il öncə Ramazan ayında Türkiyədə idim. Sultan Ahmed məscidi yaxınlığında böyük çadırlar qurulmuşdu. Öyrəndim ki, bura heç kim dostunu, tanışını dəvət etməyib. Bu, Türkiyə üçün ənənəvi bir haldır. Ramazan ayında imkanlı şəxslər belə çadırlar qurur, ALLAH Rizası üçün iftar süfrələri açırlar. Ən çox diqqətimi çəkən xarici turistlərin marağı idi. Yerli insanlar onları da süfrəyə qonaq edirdilər. Əcnəbilər ilk dəfə idi ki, belə bir hadisə ilə qarşılıaşdıqlarını deyir və bunu təqdir edirdilər.

 

Bir nüansı da qeyd edim ki, 500, 1000, 5000 nəfərlik iftar süfrəsi verən imkanlı şəxslərin, iş adamlarının kimliyini heç kim bilmir. Çünki onlar bizim bəzi insanlarımızdan fərqli olaraq, özlərini göstərib, nə televizayalardan çəkiliş qrupu çağırırlar, nə bir torba uzadıb yüz dənə şəkil çəkdirirlər, nə də 10 manata görə qəzetlərin, saytların xəbər manşeti olmurlar. Qeyd etdiyim kimi, bunu yalnız ALLAH Rizası üçün edirlər.

 

Peygəmbərimiz (S.A.V) buyurur ki, ehtiyacı olanları ziyarət edin, onlarla paylaşın. Təəssüf ki, biz daha çox özümüzü göstərməyi sevirik. “Filankəs filan şadlıq evində iftar süfrəsi verdi, mən niyə verməməliyəm”  “təfəkkürü” ilə yaşayan insanlarıq. Sosial şəbəkələr sizin mətbəxinizin, cibinizin, süfrənizin reklam səhifələri deyil. Ömür boyu min bir əziyyətlə, halallıqla çalışıb, evinə bir tikə çörək gətirən insanlar var ki, sizin hansı yollarlasa süfrənizə açgözcəsinə düzdüklərinizi almağa, yeməyə imkanı yoxdur. Heç olmasa, bu ayda bir az abır-həya edin, utanın.

 

İnsan bu dünyada hər şeyi ALLAH rizası üçün edir. Təəssüf ki, biz bütün bu dəyərlərdən uzaqığ, olan-qalanı da itiririk. Əvvəllər ətraflarındakılar, qonşu-falan üçün özünü göstərənlər, indi facebooka, İnstaqrama “işləyirlər”. Oruc, iftar süfrələri halalıqla açılmalıdır, haramla deyil. Unuduruq ki, biz özümüz özümüzü bele görməyə bilərik, özümüzdən gizlənərik. Yaradan isə hər bir qulunun atdığı addıma, aldığı nəfəsə belə şahiddir.

 

ALLAH hamımıza iman gücü versin.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı