"Səbəblərdən biri Muğan zonasında ali təhsil ocaqlarının olmamasıdır"

12:51 22-04-2020 | icon 621 | Siyasət
"Səbəblərdən biri Muğan zonasında ali təhsil ocaqlarının olmamasıdır"

Razi Nurullayev: "İmişlidə Sənaye məhəlləsinin yaradılması da vacibdir"

 

"İmişli rayonunun 10 kəndi hələ də qazlaşdırılmayıb. Vətəndaşlar bir neçə dəfə yolları bağlayıb, bu səbəbdən saxlanılanlar da olub. Seçkilər zamanı aidiyyatı qurumlarla əlaqə saxlamışdım və onlar bu il üçün qazlaşdırmanın başa çatacağını söyləmişdilər. Bu məsələnin təxirəsalınmadan həllinə ehtiyac var".

 

Versus.Az xəbər verir ki, bu sözləri Baş nazirin Parlamentdəki hesabatına münasibət bildirən millət vəkili Razi Nurullayev deyib.

 

Millət vəkili əlavə edib ki, İmişli şəhərində 37 min əhali yaşayır. Kanalizasiya və su xətləri çəkilib və yarımçıq qalıb. Ciddi antisanitariya vəziyyətinin hökm sürdüyünü vurğulayan R.Nurullayev bildirb ki, hökumət bununla bağlı nə qədər tez qərar verərsə, bir o qədər yaxşı olar:

"İmişli şəhərinin digər ağrılı problemi zibillərin daşınması, utilizasiya edilməməsi və nəticədə antisanitariya vəziyyətinin yaranmasıdır. Vəziyyətin ağırlığı həm də içməli su mənbələrinin çirklənməsinə gətirib çıxarıb. Adi zibil yeşikləri belə çatışmır və insanlar zibillərini hara gəldi atırlar. Bu məsələnin təxirəsalınmaz həlli insanların sağlamlığı üçün də vacibdir. Məsələnin həlli yerli hakimiyyətin gücü daxilində olmadığından, bu, mərkəzi hökumətin köməkliyi ilə edilə bilər".

 

R.Nurullayev İmişlinin həmişə fərqli fikir daşıyıcısı kimi tanındığını əsas gətirərək, bu gün də İmişli və əhatəsində olan rayonların digər rayon və şəhərlərə nisbətən fərqli məkan olduğunu vurğulayıb:

"İnsanların dünyagörüşü, savadlılıq dərəcəsi, ziyalılığı digər yerlərə nisbətən də fərqlidir. Səbəblərindən biri Muğan zonasında ali təhsil ocaqlarının olmamasıdır. Bu zonada yaşayanların arzusu İmişli şəhərində ən azından Azərbaycanın ali məktəblərindən birinin filialının yaradılmasıdır. Bu zonada ali təhsil ocağının və tələbə şəhərciyinin yaradılması regionun inkişafında əvəzsiz rol oynayacaqdır.

Digər tərəfdən, İmişli şəhərində Sənaye məhəlləsinin yaradılması da vacibdir. Fərdi olaraq iş adamları ilə söhbətlər aparmışam. Onlar sənaye zonasına yatırım qoymaqda maraqlıdırlar. Ümid edirəm ki, şəxsi təşəbbüsümlə də bu məhəlləyə sərmayəçilər tapa bilərəm. İmişli camaatının bu xahişinin də nəzərə alınması faydalıdır".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı