“İndi də mübarizə qrant alanlar arasında gedir” - MÜSAHİBƏ

16:08 22-05-2018 | icon 835 | Siyasət
“İndi də mübarizə qrant alanlar arasında gedir” - MÜSAHİBƏ

 

Fuad Əliyev: “Onları nə hakimiyyətin sivil yolla dəyişməsi, nə də xalqın problemləri maraqlandırmır”

 

 

“Onlar qrantları Azərbaycanda demokratik ab-havanın yaradılması üçün yox, öz ciblərini doldurmaqla alırlar”

 

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin Versus.Az-a müsahibəsi.

 

- Fuad bəy, son vaxtlar Avropa Şurasının timsalında Azərbaycana qarşı həyata keçirilən sanksiyanın yaratdığı gərginlik səngiməmiş, yeni bir məsələ, Qərbin Antiazərbaycan mərkəzlərinin qrantlar hesabına ölkəmizə təzyiqlərə başlaması gündəmə gətirilib. Sizcə öz işini qrantlarla quran Antiazərbaycan mərkəzləri fəallaşıb?

 

- Hesab edirəm ki, Qərb təşkilatları Antiazərbaycan deyil, antihakimiyyət mövqeyində dayanır. Həmin xarici donorlar Azərbaycanda demokratik cəmiyyətin qurulmasında maraqlıdırlar. Ona görə də, bir sıra beynəlxalq təşkilatların tənqidi çıxışlarının Antiazərbaycan yanaşmaları kimi dəyərləndirilməsini düzgün hesab etmirəm. Çünki Azərbaycanda hələ ki, normal demokratik cəmiyyət yaranmayıb. Seçkilər saxtakarlıqla keçirilir, demokratik təsisatlar işləmir, vətəndaş cəmiyyətləri, siyasi partiyalar təzyiq altındadır. Ona görə də bəzi Qərb təşkilatlarının, beynəlxalq qurumların Azərbaycanda həmişə “ağa, qara deyir” fikri ilə razılaşa bilmərəm. Onlar sadəcə istəyirlər ki, Azərbaycanda vətəndaşın, seçicinin hüquqları pozulmasın. Müxalif fikirli insanların hüquqları pozulmasın, azad sözə görə insanlar həbsə atılıb döyülməsinlər və ökədə vətəndaşa hakimiyyəti seçkilər yolu ilə dəyişmək imkanları yaransın.

Antihakimiyyət mərkəzləri bütün dünya ölkələrində yaranır. Məsələn, Ukraynada, Gürcüstanda, Moldovada yaranan belə mərkəzlər müxalifətçi qurumları hakimiyyətə qarşı maliyyələşdirirlər.

 

- Siz Qərb donorlarının Antiazərbaycan deyil, Antihakimiyyət mərkəzləri yaratdığı fikrini qəbul edirsiniz? Bu donorların Azərbaycanda və xaricdə maliyyələşdirdiyi bir qrup təşkilatlar da var ki, hazırda bir-birinə qarşı ittihamlı çıxışları ilə gündəmə gəliblər. Hətta Emin Milli Helsinki Kamissiyasında AXCP sədri Əli Kərimlini aldığı  qrantları mənimsəməkdə ittihamlayıb. Bir-birini ittihamlayan qrant alan təşkilatların göstərdiyi fəalliyyətin adı nədir və bunun Azərbaycan dövlətinə, xalqına nə xeyri ola bilər?

 

- Bizim bəzi partiya və qurumlar həmin maliyyəni - qrantı öz şəxsi maraqları üçün işlədirlər. Bu da təbii ki, dolayısı ilə Azərbaycan xalqına qarşıdır. Qrant məsələsini kimlərisə ittiham etmək üzərindən gündəmə gətirən Emil Millinin özü də həmin qrant alanların sırasında dayanır. O, Azərbaycanda fəaliyyət göstərəndə də xarici donorlardan qrant alırdı və xaricdə yaşayanda da yaratdığı televiziyanı onun hesabına işlədir. Görünür ki, burda sadəcə iki cəbhə arasında “qrant savaşı” gedir. Bunlar qrantı öz aralarında bölə bilmirlər. Artıq son vaxtlar Azərbaycana qarşı təzyiqlərin artdığını hiss etdikləri üçün milyonların artacağını düşünürlər. İndidən gələcəkdə alınacaq qrantların bölünməsinə başlayıblar. Ona görə də bir-birinə qarşı ittihamlar, iddialar irəli sürürlər. Qrant alan bu tərəflər əslində normal fəaliyyət göstərmək üçün yox, şəxsi maraqlar naminə çabalayırlar. Bir sözlə, onlar qrantları Azərbaycanda demokratik ab-havanın yaradılması üçün yox, öz ciblərini doldurmaq alırlar.

Sözsüz ki, bu cür fəaliyyətin ziyandan başqa heç bir xeyri olmayacaq. Onlar sadəcə öz ciblərini, öz şəxsi maraqlarını güdürlər. Bəli, artıq burda Antiazərbaycan mərkəzlərinin fəaliyyətindən danışmaq olar.

 

“Xarici donorların ənənəvi müxalifətlə qurduğu iş effektsizdir”

 

- Xarici donor təşkilatların qrant hesabına “demokratiya sifarişi” nə dərəcədə effektli ola bilər?

 

- Sözsüz ki, xarici donorların ənənəvi müxalifətlə qurduğu iş effektsizdir. Bundan qabaq Gürcüstanda, Ukraynada, Moldovoda yeni hökumət quruldu. Bizdə isə yenilənmə yoxdur. Bu ona görə alınmır ki, “ənənəvi müxalifət” öndə dayanaraq xarici qrantlarla işbirliyində öz şəxsi maraqlarını daha üstün tutub.

Mən özüm də bir sıra beynəlxalq təşkilatlarda dinləmələrdə iştirak etmişəm və şəxsi görüşlərim olub. Həmişə də bu təşkilatlara iradım bu olub ki, əgər ənənəvi müxalifətlə əməkdaşlığınızın heç bir müsbət nəticəsi yoxdursa, niyə bunu davam etdirirsiniz? Niyə yeni əməkdaşlıqlara can atmırsınız.  Hansı ki, maliyyələşdirdiyiniz qurumlar nə normal siyasi, nə də sosial aksiyalar keçirmirlər. Konqresmen özü də çıxışı zamanı ənənəvi müxalifəti  “köhnəlmiş müxalifət” adlandırıb və onlara olan inamın itdiyini ifadə edib. Buna baxmayaraq, görünür ki, hansısa maraqlardan həmin qurumlarla əməkdaşlığı pozmurlar.

 

- Sizcə köhnə adlandırılan müxalifətə qrantın verilməsində kimlər maraqlıdır və nəyə görə?

 

- 15 ildən çoxdur ki, Qərb dairlərində lobbi təşkiatları yaranıb və müəyyən təşkilatlara dəstək verirlər. Ona görə həmin dairələr başqa bir müxalif qurumu axtarmırlar. Hesab edirlər ki, onları tanıyırlar və fəaliyyətlərini davam etdirə bilərlər. Bizim partiyamız dəfələrlə liberal ideyaları olan beynəlxalq quruma üzv olmaq üçün müraciət edib. Ordan cavab veriblər ki, qurumda Azərbaycandan olan təşkilat var və yenisini qəbul edə bilməzlər. Halbu ki ora üzv olan həmin təşkilatın liberalizmə heç bir aidiyyatı yoxdur. Neçə ildir ki, bu təşkilatlar qrant verilən yerlərini tutublar və əllərindən vermək istəmirlər. Üstəlik  heç bir iş də görmək istəmirlər. Göründüyü kimi, Azərbaycanda nələrin baş verməsi onları da maraqlandırmır. İndi də Azərbaycanda həmin təşkilatlar arasında qrant müharibəsi gedir. Özünü “aparıcı” sayan partiyalar digər müxalifət partiyaları yaxına buraxmaq istəmirlər. Ona görə ki, kimsə qabağa çıxarsa, həmin qrantları paylaşmalıdırlar. İndi mübarizə qrant alanlar arasında gedir. Onları nə hakimiyyətin sivil yolla dəyişməsi nə də xalqın problemləri maraqlandırmır. Onlar üçün birinci yerdə şəxsi maraqlardır.

 

- O zaman belə hallara qarşı hansı reaksiyanın verilməsi doğru olar?

 

- Dövlət özü bu işlə məşğul olmalıdır. Biz partiya olaraq qrant üçün mübarizə aparmır və hakimiyyətin sivil, seçki yolu ilə dəyişməsinində maraqlıyıq. Biz nə qrant alırıq, nə də Azərbaycanın zərərinə ola biləcək hər hansı maliyəçi axtarışında deyilik.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı