“Kərimov Əlinin bu cür “tryukları” keçməyəcək”

20:59 22-04-2020 | icon 878 | Siyasət
“Kərimov Əlinin bu cür “tryukları” keçməyəcək”

Hafiz Hacıyev: “İstəyirlər ki, bundan əzabkeş, barışmaz radikal müxalifət obrazı yaratsınlar”

 

Xəbər verildiyi kimi, AXCP sədri Əli Kərimli “blokadaya” alınması ilə bağlı sosial mediada məlumatlar yayıb. İddialara görə, Əli Kərimlinin özünün və ailə üzvlərinin internet və telefon xətləri qapadılıb, yaşadığı ev nəzarətə götürülüb. Tərəfdarları isə Əli Kərimlinin vəziyyəti ilə bağlı ona dəsətək vermədiyinə görə digər müxalifət partiyalarını kəskin ittiham ediblər.

 

Versus.az xəbər verir ki, bu və ya digər məsələlərlə bağlı açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev tamamilə başqa nüanslara diqqət çəkib.

 

O, bunu Əli Kərimlinin növbəti oyunu adlandırıb:

“Bu ərəfələr hamı evdə qalmalıdır. Bu o demək deyil ki, hamımız etiraz etməliyik. İndi heç kəs heç kəsin internetini kəsmir, özün kontr yükləyisən və nə qədər danışırsan danış. Mən bu iddiaları qətiyyən qəbul eləmirəm. Bu, özünü əzabkeş obrazında, xalqa canıyanan kimi sırımaq bəhanəsidir. O siyasi dələduzdur. Onu vaxtilə hakimiyyətdə olan adamlar bu səviyyəyə gətirib çıxartdı. Kərimov Əlini Azərbaycanda ana müxalifət etmək istəyən qüvvələr, indi də onu maliyyələşdirirlər. İstiyirlər ki, bundan zəhmətkeş, barışmaz radikal müxalifət obrazı yaratsınlar”.

 

Partiya sədri vurğuladı ki, heç kəs belə cəfəngiyyat fikirləri ilə sadə insanları aldada bilməz:

“Kərimov Əlinin bu cür “tryukları” keçməyəcək. 27-30 ildir “mən müxalifətəm” deyərək, siyasi alverlə məşğul olub. Alveri də “Allah işini avand eləsin”, çox “xod” gedir. O, həm hakimiyyətin müəyyən dairələrindən alır, həm keçmiş vurulan nazirlərdən. Çalşırlar ki, Kərimov Əlidən başqa heç kim gündəmdə olmasın. Bu yalançı müxalifətin dırnaqarası liderinin Avropada, Qərbdə Leyla Yunus, Qənimət Zahid kimi informasiya dəsətkçiləri çoxdur. Biz də gedib Amerikaya, Avropaya, Qərb dövlətlərinə satılsaydıq, digər başqa qrupların əlinin altında işləsəydik, bizim də pulumuz çox olardı. Bizim də xaricdə saytlarımız olardı və bizi də oradan tərifləyərdilər. Biz də özümüzü əzabkeş göstərib, hay-küy salardıq”.

 

H.Hacıyev Əli Kərimlinin müdafiəsinə qalxaraq sosial şəbəkələrdə digər partiya liderlərinin ittiham edilməsinə də birmənalı yanaşmayıb. O, özünün Əli Kərimliyə ünvanladığı tənqidi fikirlərin, məhz Əli Kərimli tərəfdarları tərəfindən ona və digər müxalif partiyalarının liderlərinə qarşı ünvanlamasını insanların çaşqın vəziyyətə salınmasına yönəldiyini ifadə edib:

“Kərimov Əlinin tərəfdarları getsinlər davalarını ona daha yaxın olan Arif Hacılıyla çəksinlər. Əgər Arif buna dəstək durmursa, biz neyniyək. Bunlar daim birgə hərəkət ediblər, Azərbaycan milli hakimiyyətini birgə deviriblər.  Bu günə qədər Azərbaycan xalqının başına gələn bəlaların başında bu iki partiyanın siyasətbazları durub. İndi İsanın, da adını çəkirlər. Amma İsa Qəmbər də kölgədə gizlənib”.

 

““Kim daha çox qrant alacaq”, “kim daha çox əzabkeş rolunda çıxış edəcək” bəhsi gedir”

 

H.Hacıyev vaxtaşırı belə halların ortaya atılmasını, “ayının min oyununun, bir armudun üstündə olması” ilə bağlı misala bənzədib. Partiya sədri hesab edir ki, bunların arasındakı dava, “kim daha çox qrant alacaq”, “kim daha çox əzabkeş rolunda çıxış edəcək” şüarı uğrunda gedir:

“Əlbəttə ki, indi Kərimov Əlinin dəstəsi hamımızı günahkar çıxaracaq. İqbal Ağazadəni də günahkar çıxaracaq, digərilərini də... Yaxud, biz ona görə yas saxlayası deyilik ki. Bəlkə Kərimov Əli xaricdən aldığı pulları İqbal Ağazadəyə verib, yoxsa Sabir Rüstəmxanlıya verib ki, indi də belə tələblər qoyurlar.

Bəlkə də Ariflə bölə bilərlər. Eləcə də İlqar Məmmədov da Kərimov Əli kimi satqının biridir. Türmədə olanda az qalırdılar onu Azərbaycanın xilaskarı kimi göstərələr. Sonra yalandan çıxdı ortaya dil qəhrəmanlığı elədi. Belə dil qəhrəmanlarını çox görmüşük. Bunlar eyni mənbədən qidalanan adamlardır. Bunlar fürsət gözləyirlər ki, ölkədə  bir pis şey olsun, milləti qaldırsınlar. Ona görə də hesab edirəm ki, umub-küsdüyü adamların əksəriyyətinin ona borcları yoxdur. Özləri də Kərimov Əlini yaxşı tanıyan adamlardır. Kərimov Əli deputat olanda, milyardlarla pul alanda, aylıq paket alanda, heç kəsi yada salmırdı, indi başlayıb yada salmağa?

Bu məsələlər hamısı incələnməli, xalqa çatırılmalıdır. Bu baxımdan Azərbaycanda heç kim gedib Kərimov Əlini müdafiə eləməməlidir. Hamımız evdəyik. Amma onun pulları Amerikadan da gəlir, familiyasını dəyişmiş ingilislərdən gəlir. Bəs bizə nə gəlir. Gərək onda biz də müharibə elan edək ki, evdə oturub acından ölürük? Ona görə də Kərimov Əlinin trolları heç kəsdən inciməsinlər. Getsinlər 20 illik dayılarından umsunlar. Biz bu camiyənin içindəyik, kimin əli kimin cibindədir, kim hara xidmət edir, kim hansı oyunu qurub hamımız yaxşı bilirik”.

 

H.Hacıyev bütün söylədiklərini əsas tutaraq hesab edir ki, heç kim Əli Kərimliyə arxa duran deyil. Partiya sədri bildirib ki, Azərbaycan xalqı ağıllı xalqdır və öz gələcəyini artıq müəyyənləşdirib:

“Xalq ölkə prezidenti ilə bir yerdədir və bəzi çətinliklərə baxmayaraq xalqla dövlət, dövlət başçısı ilə xalq arasında böyük təmas qurulub. Bunu da istəməyən qüvvələr öz niyyətlərinə çatmayacaqlar”. /üç nöqtə/

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR