"Yardımlaşmalarımızı ictimailəşdirmirik"

11:30 23-04-2020 | icon 528 | Siyasət
"Yardımlaşmalarımızı ictimailəşdirmirik"

Fuad Əliyev: "Nəinki pandemiya dövründə, ümumiyyətlə, il boyu imkan daxilində imkansız ailələrə yardımlar edirik"

 

Bir aydan çoxdur ki, Azərbaycanda koronavirusla əlaqədar karantin rejimi hökm sürür. Bu müddət ərzində ölkədə imkansız, aztəminatlı ailələrə ən müxtəlif qurumlar, imkanlı şəxslər tərəfindən edilən yardımlar davam etməkdədir. Burada iqtidaryönlü şəxslər, dövlət qurumları daha fəal görünür. Müxalif düşərgədən də ara-sıra yardımların olunduğunu sosial şəbəkələr üzərindən izləməkdəyik. Amma bunun kütləvi şəkildə olduğunu demək olmur. Bəlkə də yardım edilir, sadəcə, məlumat verilmir.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Liberal Demokrat Partiyası da belə bir yardımlarda bulunub, sadəcə bu barədə paylaşımlar edilməyib.

 

Partiyanın sədri Fuad Əliyev bildirdi ki, ALDP olaraq nəinki bu pandemiya dövründə, ümumiyyətlə, il boyu imkan dairəsində imkansız ailələrə yardımlar edirlər:

 

"Uşaq və qocalar evlərinə, imkansız ailələrə, tənha qocalara müəyyən vaxtlarda imkanımız daxilində yardımlar edirik. İndi də bu karantin dövründə qeyd etdiyim insanlara yardımlar etmişik. Mən şəxsən marketə gedəndə orada imkansız insanlar üçün ayrılan ərzaq yardımı guşələrinə ərzaq alıb qoyuram. Sadəcə, bu işlərimizi ictimailəşdirmirik. Hesab edirəm ki, bu işləri sadəcə görmək lazımdır. İmkansızlara yardım kampaniyasını lentə alıb, sosial şəbəkələrdə ictimailəşdirməyin tərəfdarı deyiləm. Yaxşılığı reklam etmək üçün etməzlər”. /bakunews.tech/az/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol