9 yaşlı XAVƏR məktəbin bir nömrəli oxucusu oldu - VİDEO/FOTO

12:43 23-04-2020 | icon 4189 | Uşaq Dünyası
9 yaşlı XAVƏR məktəbin bir nömrəli oxucusu oldu - VİDEO/FOTO

 

Xavər Kərimli: "MyOn onlayn kitabxanasına görə məktəbimizə minnətdaram"

 

 

 

Bu gün 3-cü sinif şagirdi Xavər Kərimlini gözəl oxucu olması ilə tanıyırıq. Xavər bu yaxınlarda məktəbdə bir nömrəli oxucu oldu və məktəb direktoruna belə bir həvəsli oxucu olmağın necə hiss olduğu haqda maraqlı müsahibə verib.

 

Versus.Az həmin müsahibəni təqdim edir..

 


Cənab Todd: Ən çox hansı kitabları oxumaqdan həzz alırsan?

 

Xavər: Sirli və gülməli kitabları oxumaqdan daha çox həzz alıram.

 

Cənab Todd: Ən çox günün hansı hissəsi oxumağı sevirsən?

 

Xavər: Hər gün kitab oxumaq istəyirəm, çünki kitablar insanı ağıllı edir.

 

Cənab Todd: Kitab oxumağının səbəbi nədir?

 

Xavər: Mənim səbəbim alim olmaq istəməyimdir. Və kitablar mənə həm necə alim olmaq, həm də müxtəlif maraqlı mövzular haqqında məlumat verir.

 

Cənab Todd: Məktəbdə 1 nömrəli oxucu olmaq necə hissdir?

 

Xavər: MyOn onlayn kitabxanasında 1-ci yeri qazandığım zaman çox xoşbəxt və eyni zamanda həyəcanlı idim. Məktəbdə tez-tez 1 nömrəli oxucu adını alsam da, onlayn olaraq bu ilk təcrübəm idi. Və bu, mənim üçün çox böyük sürpriz oldu.

 

Cənab Todd: Maraqlı bir hekayə oxuyanda özünü necə hiss edirsən?

 

Xavər: Oxuduğum zaman özümü yaxşı və xoşbəxt hiss edirəm.

 

Cənab Todd: Kitab oxumağın yazı yazmaq qabilliyətini də artırdığını düşünürsənmi? Əgər belədirsə, niyə?

 

Xavər: Bəli, kitab oxumaq mənə yaxşı hekayə yazmağı öyrədir. Çünki mən həmişə kitab yazmağı xoşlamışam.

 

Cənab Todd: Kitab oxumaqda çətinlik çəkən şagirdlərə tövsiyən varmı?

 

Xavər: Bəli, mənim yaxşı tövsiyəm var. Kitab oxumayan uşaqlara kitab oxumağı tövsiyə edirəm, çünki kitab oxuyan zaman sizə maraqlı olan bütün mövzular haqqında məlumat əldə edəcəksiniz. Həmin kitablar idman, texniki, elm, incəsənət və digər mövzular haqqında ola bilər.

 

Cənab Todd: MyOn onlayn kitabxanası haqqında nə düşünürsən? O sənə yardımçı olurmu?

 

Xavər: Bəli, o mənə ağıllı olmağa kömək edir. Orada müxtəlif, maraqlı mövzulara aid çox kitab var. Sənin istədiyin vaxt və hər gün maraqlı kitabların olur. Buna görə də məktəbə minnətdarlığımı bildirirəm.

 

 

QEYD edək ki, 23 aprel Ümumdünya Kitab Günüdür. SABIS SUN Beynəlxalq Məktəbi bütün şagirdləri mütaliələrini inkişaf etdirməyə həvəsləndirir. Məktəb bütün şagirdləri onlayn kitabxana ilə təmin edib. Həmin onlayn kitabxananı “MyOn Library” programı vasitəsilə əldə edə bilərsiniz. www.myon.com

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...