Birdəfəlik ödəmə ala bilməyən vətəndaşlar da diqqətdən kənarda qalmayacaq

13:42 23-04-2020 | icon 473 | Sosial
Birdəfəlik ödəmə ala bilməyən vətəndaşlar da diqqətdən kənarda qalmayacaq

İndiyədək birdəfəlik ödəniş edilən şəxslərin sayı 320 minə çatıb. 

 

Versus.az xəbər verir ki, Dövlət Məşğulluq Xidmətinin (DMX) rəisi Cəmaləddin Quliyev bildirib ki, bu kateqoriyalardan olanlara ödənilən ümumi vəsaitin məbləği isə 60 milyon 800 min manata çatıb.


O qeyd edib ki, pandemiya səbəbindən iş yerini itirən 600 min nəfərə birdəfəlik ödəmə veriləcək:

“Hazırda bu istiqamətdə nazirliyin bütün qurumları gücləndirilmiş iş rejimində çalışır. Bizə müraciət edən vətəndaşların işsiz kimi qeydiyyata alınması və növbəti dövrdə onlara birdəfəlik ödəmənin təyinatı ilə bağlı işlər aparılır”.

 

C.Quliyev deyib ki, dövlətdən birdəfəlik ödəməni ala bilməyən vətəndaşlar da diqqətdən kənarda qalmayacaq:


“Ödəmə almayan vətəndaşlara haqqı ödənilən iş yerləri təklif edilir. Onların sayı 90 minə çatdırılıb. Vətəndaşlar yerli İcra Hakimiyyəti orqanları ilə birlikdə əlaqələndirmə komitələri tərəfindən hazılanmış siyahılara uyğun olaraq, həmin ictimai iş yerlərinə cəlb olunur”.

 

Onun sözlərinə görə, növbəti ay üçün birdəfəlik ödənişlərin nağdsız qaydada verilməsi nəzərdə tutulur.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin