ADP sədri AXCP sədrinin SAXTA SIYASƏTindən danışdı

18:50 23-04-2020 | icon 437 | Siyasət
ADP sədri AXCP sədrinin SAXTA SIYASƏTindən danışdı

Sərdar Cəlaloğlu: “Əli Kərimli koronavirus şəraitində başına gələnlərdən siyasi reytinq düzəltmək istəyir”

 

AXCP sədri Əli Kərimlinin “blokadaya” alınması və ona dəstək vermədiklərinə görə müxalifət partiyalarının hədəfə alınması bir çox siyasilər kimi Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu tərəfindən də birmənalı qarşılanmayıb.

 

Partiya sədri bildirib ki, Əli Kərimli özü belə vəziyyətlərdə həmişə müxalifətin əməkdaşlıq təkliflərindən imtina edib:

“Faktiki olaraq Əli Kərimli özünə qarşı olan təzyiqlərə siyasi karyerasını inkişaf etdirmək və yaxud müəyyənləşdirmək vasitəsi kimi baxıb. Son 10 ildə Əli Kərimlinin tutduğu xətt bundan ibarətdir ki, bütün müxalifətdən ayrılsın, özünü hakimiyyətin hədəfinə gətirsin. Bu, bir çox hallarda düşünülmüş şəkildə edilir.  Məsələn, bir mitinq keçirir, orda bir neçə nəfər həbs olunursa, il boyu həmin o tutulanların azadlığı məsələsini gündəmdə saxlamaqla özü üçün bir siyasət qurur. Halbu ki, o mitinqin nə özünə, nə partiyasına, nə xalqa heç bir xeyri olmur. İndi də Əli Kərimli koronavirus şəraitində başına gələnlərdən siyasi reytinq düzəltmək istəyir”.

 

ADP sədri eyni zamanda Əli Kərimlinin heç bir partiyanı müxalifət kimi qəbul etmədiyini, mövcud fəaliyyətini bu istiqamətdə qurduğunu deyib:

“Axı sən Azərbaycanda heç bir partiyanı müxalifət kimi qəbul eləmirsən. Heç bir partiya ilə əməkdaşlıq eləmirsən. Yaxud, sən bu günə qədər hər hansı bir siyasi liderin, partiyanın başına gələn hadisə ilə bağlı hansı həmrəylik nümayiş etdirmisən ki, bu gün də başqa partiyalardan belə bir dəstək tələb edirsən”.

 

Partiya sədri bildirib ki, əslində ADP Əli Kərimlinin internetinin kəsilməsini, ondan qabaq isə tərəfdarlarının həbs olunması ilə bağlı mövqeyini bildirib. Mətbuatı izləsələr bunu bilərlər:

“Bu adamın o qədər başqa partiyalarla ünsiyyəti yoxdur ki, hətta bizim onu müdafiə etdiyimizi belə izləmir, görmür. Əgər sən özün başqalarının səni müdafiə etməsi ilə maraqlanmırsansa, deməli sənin bu giley-güzarın da əsassızdır, reytinq üçündür. Götürüb bəyanatlarımıza baxsınlar, görsünlər ki, biz öz dəstəyimizi vermişik ya yox. Partiya onun katibəsi deyil ki, hər hərəkətinə qiymət versin, yaxud, bütün işlərimizi kənara atıb onun reklamı ilə məşğul olaq”.

 

S.Cəlaloğlu hesab edir ki, Əli Kərimli nə etdiyini yaxşı bilir və bu gün tərəfdarlarının başqa partiyaları tənqid etməsi də onun siyasətinin bir tərkib hissəsidir:

“Fikir yaratmaq istəyir ki, bu radikal müxalifətdir, ondan başqa digər partiyalar hökumətin tərəfdarlarıdırlar, ondan başqa heç kəs müxalifət deyil. Halbu bu ki, sən gözünü yumubsan. Sənə başqa nə dəstək verə bilərəm. Gəlib sənə internet çəkəsi deyiləm ki. O baxımdan onların müxalifətə qarşı ittihamlarının heç bir əsası yoxdur. Mənim bir tərəfdaşım tutulanda ürəyim ağrıyır ki, niyə o həbsdə olmalıdır, mən azadlıqda. Əli Kərimli özünün başına gələnlərdən bir siyasi mazəmə düzəltməklə məşğuldur. İnternetinin kəsilməsi, tərəfdarlarının tutulması onun üçün pis bir hadisə deyil, göydəndüşmə fürsətdir.  İndiki halda da paşqa partiyalara hücumlar bununla bağlıdır. Onu bundan da artıq müdafiə etmək imkanımız yoxdur. O, özü-özünü nə qədər müdafiə edirsə, biz onu özündən də artıq müdafiə etmişik”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol