İcra Hakimiyyətindən özünü güllələyən məmurla bağlı açıqlama

19:44 23-04-2020 | icon 706 | Hadisə
İcra Hakimiyyətindən özünü güllələyən məmurla bağlı açıqlama

Lerik rayonunda 43 yaşlı şəxs ov tüfəngi ilə özünü güllələyib. 1977-ci il təvəllüdlü Qalib Naib oğlu Quliyev yaşadığı evin həyətində odlu silahla özünü vurub. Hadisəyə səbəb kimi isə şəxsin külli miqdarda borcu olduğu bildirilir.

 

Versus.Az xəbər verir ki, cinayətlə bağlı Lerik rayon İcra Hakimiyyətinin başçısının müavini Habil Məlikov deyib ki, intihar cəhdi hələ tam aydın deyil.

 

Onun sözlərinə görə, istintaq hadisəni dəqiq müəyyənləşdirməyə imkan verəcək:

“İndi müxtəlif versiyalar irəli sürmək olar. Amma hazırda hüquq-mühafizə orqanları tərəfinən iş davam etdirilir və nəticələr bəlli deyil. Mərhum bizdə işçi, yaxşı yoldaş idi. Uzun illər bir yerdə çalışmışıq. Amma hansı səbəbdən dolayı bu hal baş verə bilər, onu deyə bilmərəm. Karantinlə əlaqədar olaraq işə gəlmirdi, ancaq ehtiyac yarananda onu işə dəvət edirdik. Son zamanlar hər hansı qəribə hal, ya narahatlıq hiss etməmişdik. 2 övladı var, ailəlidir”.

 

Qeyd edək ki, ölən şəxs Qalib Naib oğlu Quliyev Lerik Rayon İcra Hakimiyyəti aparatında humanitar şöbədə məsləhətçisi vəzifəsində çalışıb. /modern.az/

 

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI