"Prezidentin siyasi islahatlar prosesi daha da dərinləşir"

20:12 23-04-2020 | icon 403 | Siyasət
"Prezidentin siyasi islahatlar prosesi daha da dərinləşir"

Əlisahib Hüseynov: "İstənilən siyasətçi etiraf edə bilər ki, ölkə siyasətində çox ciddi dəyişim prosesi baş verir"

 

"Son dövrlərdə ölkə siyasətində həqiqətən də çox ciddi dəyişim prosesi baş verir. Bu gün Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə REAL partiyasının sədri İlqar Məmmədova və “İnsan Haqları” klubunun rəhbəri Rəsul Cəfərova bəraət verilməsi və maddi təzminatın ödənilməsi müasir Azərbaycan siyasi reallıqları üçün tarixi hadisədir. Elə REAL Partiyasının Ali Məhkəmənin bu qərarı ilə əlaqədar olaraq yaydığı bəyanatda da İlqar Məmmədovun və Rəsul Cəfərovun bəraət almaları faktı Azərbaycan məhkəmə-hüquq sistemi üçün tarixi hadisə kimi qiymətləndirilib. Mən hər iki siyasətçini təbrik edir və Ali Məhkəmənin bu qərarını da alqışlayıram. Eyni zamanda fürsətdən istifadə edərək son vaxtlar ölkəmizin siyasi mühitində, iqtidarın müxalifətə münasibətində baş verən böyük pozitiv dəyişiklikləri, Prezident İlham Əliyevin siyasi islahatlar prosesini getdikcə daha da dərinləşdirmək kursunu REAL sədrinin və Rəsul Cəfərovun bəraət almaları fonunda gözdən keçirmək, dəyərləndirmək istəyirəm".

 

Versus.Az xəbər verir ki, bu barədə açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov ətraflı danışıb.

 

Partiya sədri hesab edir ki, bu gün biraz diqqətlə müşahidələr aparan istənilən siyasətçi etiraf edə bilər ki, son dövrlərdə ölkə siyasətində həqiqətən də çox ciddi dəyişim prosesi baş verir. Hakimiyyət demokratik açılıma start verib:

"Bu demokratik açılımın ideya müəllifi və təşəbbüsçüsü də məhz cənab Prezidentdir. Belə ki, ölkə başçısı son zamanlar öz çıxışlarında dəfələrlə bəyan edib ki, biz Azərbaycanda yeni siyasi konfiqurasiyanın formalaşmasını, iqtidar-müxalifət dialoqunun dərinləşməsini, inkişaf etməsini istəyirik. Budur, ölkədə yeni siyasi konfiqurasiya, siyasi subyektlərin (hakimiyyətlə siyasi təşkilatların) yeni konstruktiv münasibətləri hamımızın gözü önündə formalaşır. Bu gün biz sizinlə hamımız birlikdə ölkəmizdə baş verən çox mühüm tarixi proseslərin real, canlı şahidləriyik. Ölkəmizin siyasi həyatında konfrantasiyalar, ifrat radikal münasibətlər aradan qalxır. Prezident müxalif siyasi qüvvələri ümumxalq maraqları naminə, Azərbaycanın xoş gələcəyi naminə əməkdaşlığa, iş birliyinə çağırır, onlara siyasi dialoq prinsipi ilə hərəkət etməyi təklif edir. Bütün bunlar doğrudan da inqilabi əhəmiyyət daşıyan hadisələr, addımlar kimi səciyyələndirilə bilər. Və burada ən mühüm məqam da ondan ibarətdir ki, qeyd etdiyim bütün bu addımları ilkin olaraq hakimiyyət özü atır. Cənab Prezident müxalifətin nə vaxtsa hərəkətə keçib iqtidara birinci olaraq görüş əlini, barış əlini uzadacağını, xoşgörülü davranacağını gözləmir. İlham Əliyev siyasi müdriklik nümunəsi göstərərək bir çox təməl məsələlərdə ilk addımı məhz özü atır. Müstəqillik illərində ölkənin ctimai-siyasi proseslərində müşahidə etdiyimiz bir sıra ilklər həqiqətən də məhz ölkə başçısının adı ilə bağlıdır. Bu gün də ölkədə baş verən müsbət siyasi yeniliklərin, dialoq təşəbbüslərinin, müxalifətə ünvanlanan xoşməramlı ismarıcların arxasında məhz cənab Prezidentin siyasi iradəsi dayanır".

 

Ə.Hüseynov qeyd edib ki, İlqar Məmmədova və “İnsan Haqları” klubunun rəhbəri Rəsul Cəfərova bəraət verilməsi və maddi təzminatın ödənilməsi demokratik açılımın, siyasi dialoqun gerçəkləşməsi fonunda yeganə hadisə deyil:

"Biz bu siyahıya bir müddət bundan öncə hüquq müdafiəçisi Oktay Gülalıyevin müalicə xərclərinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun xətti ilə ödənilməsi və müxalif Azadlıq Partiyasının sədri Əhməd Orucun müalicə xərcllərinin Prezidentin göstərişi ilə dövlət tərəfindən qarşılanmasını da, Azad Demokratlar Partiyasınınvə Yeni Zaman Partiyasının dövlət qeydiyyatına alınmasını da, yeni tərkibli Milli Məclisdə müxalif partiyaların təmsilçilərinin önəmli postlara seçilməsi faktını da əlavə edə bilərik. Xatırladaq ki, bundan öncəki dövrlərdə həm yeni siyasi partiyaların qeydiyyat məsələsi uzun illər ərzində problemə çevrilmişdi, həm də əvvəllər təsis edilmiş partiyaların müxtəlif subyektiv səbəblər üzündən dövlət qeydiyyatına alınmamasının şahidi olurduq. Və bu məsələlər istər-istəməz beynəlxalq təşkilatların da narahatlığına səbəb olurdu. Lakin hazırda bu məsələlərlə bağlı bütün süni əngəllər, bürokratik ləngimələr tam şəkildə aradan qaldırılıb".

 

DADP sədrinin fikrincə, bütün bunlar onu göstərir ki, ölkədə çoxpartiyalı sistemin inkişafına Prezident səviyyəsində təkan verilib, siyasi islahatların dərinləşməsi özünü real, əməli işlərdə ehtiva edir, siyasi partiyaların dövlətçilik proseslərində iştirakı təmin edilir, siyasi partiyalar dövlət idarəetmə mexanizminin tərkib hissəsinə çevrilir, iqtidarla müxalifət arasında sağlam siyasi münasibətlər qurulur:

"Bu baxımdan, REAL Partiyasının sədrinin bəraət alması hakimiyyətin müxalifətə siyasi dialoq təklifinin bir epizodu, bir nümunəsi kimi qiymətləndirilməli, yuxarıda adlarını qeyd etdiyim partiyaların dövlət qeydiyyatına alınması ölkədə siyasi plüralizmin və çoxpartiyalıq sisteminin inkişafı yönündə atılan addımlar kimi dəyərləndirilməlidir. Həmçinin, Oktay Gülalıyevin və Əhməd Orucun müalicəsinin dövlət başçısı tərəfindən, eləcə də Birinci vitse-prezident tərəfindən nəzarətə götürülməsi də sağlam iqtidar-müxalifət münasibətlərinin bür təzahür formasıdır. Mən bütün bu sadalananları məhz bu kontekstdən qiymətləndirirəm. Bu faktlar ölkə rəhbərliyinin siyasi islahatların davam etdirilməsinə və siyasi mədəniyyətin inkişafına real töhfəsidir. Təsadüfi deyil ki, REAL Partiyasının bugünkü bəyanatında İlqar Məmmədovun bəraət alması faktı da məhz “qanunun aliliyinin təmin edilməsində yeni, müsbət presedentlərin yaradılması” kimi vurğulanıb".

 

Ə.Hüseynov onu da qeyd etdi ki, bu gün dünyanı cənginə alan COVİD-19 pandemiyası dövründə ölkə Prezidentinin siyasi islahatlar kursu Azərbaycanda sabitliyin möhkəmlənməsinə, ölkəmizin ümumi inkişafı və demokratik proseslərin sürətlənməsinə hesablanıb:

"Prezident ona çalışır ki, ölkəmiz həm siyasi müstəvidə, həm də iqtisadi inkişaf baxımından keyfiyyətcə yeni mərhələyə yüksəlsin. Bu isə yalnız iqtidarla müxalifətin dialoqu və konstruktiv əməkdaşlığı çərçivəsində mümkündür. Bəs belə bir şəraitdə, ölkədə aparılan siyasi islahatlar fonunda, yeni siyasi konfiqurasiyanın formalaşmağa başladığı bir məqamda müxalifətin radikal qanadı hansı mövqedən çıxış edir? AXCP-Milli Şura “tandemi”nin son siyasi davranışları, çağırışları ölkə başçısının siyasi islahat təşəbbüslərinə, dialoq çağırışına, əməkdaşlıq təkliflərinə adekvatdırmı? Təəssüf ki, xeyr, belə deyil. Biz onların addımlarında, bəyanatlarında konstruktivlik, xoş məram, sağlam yanaşma görmürük. Hazırda radikal müxalifət düşərgəsi adekvatlıqdan çox-çox uzaqdır. AXCP və Milli Şuranın dövlətçilik əleyhinə fəaliyyət göstərməsi, onların islahatlara qarşı düşmən mövqe tutmaları bizə tam əsas verir ki, bu adamların köhnə siyasi zehniyyətdən qurtulmaq istəmədiklərini düşünək. Amma normalda isə biz bunun tamamilə əksinə olan bir mənzərənin şahidi olmalıydıq. Vaxtilə hakimiyyəti siyasi islahatlara getməməkdə ittiham edən radikal müxalifət bu gün hakimiyyətin yanında olmalı və onun başlatdığı islahatlara səmimi niyyətlə dəstək verməliydi. Lakin görünən budur ki, onlar özlərini siyasi "offsayd"a salmaq yolunu seçiblər. Bu isə siyasi fəhmsizlikdən başqa bir şey deyil. Azərbaycanın parlaq gələcəyini deyil, öz məhəlli siyasi maraqlarını düşünən qüvvələrin siyasi proseslərin kənarında qalması yaxşıdır".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF