"Bu məhdudiyyətlərin tamamilə aradan qaldırılmasını təklif edirəm"

17:08 24-04-2020 | icon 573 | Siyasət
"Bu məhdudiyyətlərin tamamilə aradan qaldırılmasını təklif edirəm"

Razi Nurullayev: "Şirkətlərin nəzdlərində yaradılacaq ictimai fondlar da minlərlə ailələrə kömək etsin"

 

Millət vəkili Razi Nurullayev Parlamentdəki bugünkü çıxışında iki məsələ - ictimai təşkilatlara tətbiq edilən hüquqi məhdudiyyətlərin tam aradan qaldırılması, eyni zamanda dünyada koronavirusla mübarizə üçün milyardlarla vəsait ayrıldığı bir vaxtda bizim təşkilatların niyə o fondlardan maliyyə alıb ehtiyaclı insanlara kömək etməsinə əngəllər edilməsi məsələsi ilə bağlı şıxış edib.

 

Versus.Az həmin çıxışı təqdim edir:

 

"Prezident İlham Əliyevin ən çox sevdiyi və istifadə etdiyi sözlərdən biri “ictimai nəzarət” ifadəsidir. Onu isə ictimai təşkilatlar həyata keçirir. Məlumdur ki, QHT-lər haqqında qanuna məhdudlaşdırıcı müddəalar əlavə edilib. İctimai təşkilatlar yeganə olaraq Prezident yanında Dövlət Dəstəyi Şurasının sayəsində nəfəslik ala biliblər. Məhdudiyyətlər xarici fondlardan maliyyə vəsaitinin alınmasını qadağan edir. Bu qadağa nəticəsində professional ictimai nəzarət yox olub. İddia edildi ki, bu məhdudiyyətlər bəzi təşkilatların qrant vəsaitlərini rəngli inqilablar lehinə xərclədiyi üçün tətbiq edilir.

Nə baş verdi? Dövlətçilik əleyhinə işləməsi deyilən təşkilatlar yenə də maliyyələşə bilirlər. Daha nə dəyişdi ki? Əvəzində bütün neytral və professional təşkilatlar sıradan çıxıb. Bu məhdudiyyətlərin tamamilə aradan qaldırılmasını təklif edirəm. Bir araşdırma apardım və gördüm ki, koronavirusla mübarizə üçün dünyada milyardlarla vəsait ayrılıb. Niyə bizim ictimai təşkilatlar bu fondlardan yararlanıb ehtiyaclı ailələrə kömək etməsinlər? Axı niyə hökumət hər problemə özü yüklənsin? Mövcud resurslardan niyə istifadə olunmasın?"

 

R.Nurullayev eyni zamanda, şirkətlərin yanında fondların yaradılmasının stimullşadırılmasını təklif edib:

"Biznesin ora köçürülən vəsaiti də vergidən təmamən azad edilsin. Heydər Əliyev Fondu ciddi köməklik göstərir. Çox gözəl və alqışlanası təşəbbüsdür və buna görə Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Qoy şirkətlərin öz nəzdlərində yaradacaqları ictimai fondlar da minlərlə ailələrə kömək etsinlər. Bu məsələnin qanuniləşdirilməsinə ehtiyac var. Ənənə isə Heydər Əliyev Fondu tərəfindən formalaşdırılıb".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol