Qənirə Paşayeva Aliment Fondunun yaradılmasını təklif edib

17:30 24-04-2020 | icon 418 | Siyasət
Qənirə Paşayeva Aliment Fondunun yaradılmasını təklif edib

"Bu, aliment problemi səbəbindən yüzlərlə çətin vəziyyətdə böyüyən uşaqlar üçün xüsusilə çox önəmlidir"

 

Millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisdə Aliment Fondunun yaradılması təklifini səsləndirib.

 

Versus.Az xəbər verir ki, millət vəkili Aliment Fondunun yaradılmasını yüzlərlə uşağın çətin vəziyyətdən xilas edilməsi yolu olduğunu deyib.

 

Qənirə Paşayeva bu gün Milli Məclisin iclasında məhkəmənin qərarı ilə aliment almaq hüququna malik yüzlərlə qadının üzləşdiyi problemləri qaldırıb. O, hər gün övladları ilə çətin vəziyyətdə qalmış analar tərəfindən xeyli sayda məktub və müraciətlər aldığını bildirib:

“Hər ay aliment almaqda çətinlik çəkən və bu səbəbdən övladlarını böyütməkdə ciddi çətinliklərlə üzləşdiyini deyən qadınların müraciətlərini dinləyirik. Bu gün məhkəmə qərarlarının icrası sahəsində də ən ciddi problemlərdən biri məhz alimentlərin ödənilməsi məsələsi ilə bağlıdır. Bu səbəbdən uşağın saxlanılması üçün məhkəmə tərəfindən təyin edilən alimentin ödənilməsi məqsədilə dövlət tərəfindən maliyyələşən xüsusi Aliment Fondunun yaradılmasına böyük ehtiyac var".

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2019-cu il üzrə məruzəsində qeyd olunan önəmli təkliflər içərində Aliment Fondunun yaradılması təklifinin də xüsusi yer tutduğunu vurğulayan Q.Paşayeva bildirib ki, belə bir fondun yaradılması aliment problemi səbəbindən yüzlərlə çətin vəziyyətdə böyüyən uşaqlar üçün xüsusilə çox önəmlidir. Millət vəkili bu məsələyə baxılması ilə bağlı müvafiq dövlət qurumlarına xahiş müraciəti edirik deyib.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür