"Yoluxmanın ikinci dalğası baş verə bilər"

19:44 24-04-2020 | icon 569 | Sosial
"Yoluxmanın ikinci dalğası baş verə bilər"

“Sosial-iqtisadi amillər sərt karantin rejiminin uzun müddət uzadılmasına imkan verə bilməz”.

 
Versus.Az xəbər verir ki, bunu bu gün xüsusi karantin rejimində məhdudiyyətlərin sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

 
O bildirib ki, hazırda bir çox dövlətlərdə sanitar-karantin rejimi təhlil edilərək yumşaldılır:

“Avstriya, Almaniya və bir sıra dövlətlər sərt təcrid rejimindən çıxmağa qərar veriblər. Xüsusi karantin rejiminin nəzarət altında tədricən aradan qaldırılması zəruridir. Bu sahədə hər kəsi milli həmrəyliyə dəvət edirik. Karantin rejiminin aradan qaldırılması ilə yoluxmanın ikinci dalğasının baş verməsi ehtimalı var. Ən böyük təhlükələr qarşıda ola bilər. Tədqiqatçıların fikrini izləyirik. Vaksinasiya probleminin yaxın 1 il ərzində həll olunması  sual altındadır. Yoluxmanın nəzarət altında saxlanılması həyati vacib məsələdir. Azərbaycan əhalisi buna milli təhlükəsizlik məsələsi kimi baxmalıdır. Biz qarşıdakı bir il ərzində düşmənin yaxında olmasını unutmamalıyıq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı