Deputat Səhiyyə Nazirliyi və “Azəriqaz”a çağırış edib

12:35 25-04-2020 | icon 558 | Sosial
Deputat Səhiyyə Nazirliyi və “Azəriqaz”a çağırış edib

Qənirə Paşayeva: "Tovuzda bir sıra kənd xəstəxanaları, həkim məntəqələrinə qaz verilməməsi ciddi problemdir"

 

Millət vəkili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin dünən keçirilən iclasında Tovuzun kəndlərində fəaliyyət göstərən bir sıra xəstəxana, həkim məntəqəsinə qaz verilməməsi problemindən danışıb və müvafiq qurumlara cağırış edib.

 

Versus.az xəbər verir ki, millət vəkili Tovuzun bir çox kəndlərində kəndə uzun zamandır qaz verilməsinə baxmayaraq xəstəxana, həkim məntəqələrinə qaz verilməsi probleminin bu günə qədər həllini tapmadığını bildirib.

 

O, qeyd edib ki, bu, həmin müəsisələrdə çalışan tibb işçilərinin həm də həmin xəstəxana, həkim məntəqəsinə müraciət edən insanların özəlliklə soyuq aylarda narazılığına səbəb olur. Q.Paşayeva məsələnin Səhiyyə Nazirliyi və “Azəriqaz” İstehsalat Birliyi arasında bu günə qədər həll oluna bilməməsindən qaynaqlandığını deyərək problemin həlli istiqamətində hər 2 quruma çağırış edib:

“Tovuzda bir sıra kənd xəstəxanaları, həkim məntəqələrinə qaz verilməməsi ciddi problemdir və onları bu problemi qısa zamanda həll etməyə çağırırıq”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı