JARA TV və məşhur sənətçilər həkimlərin dəstəyinə himn yazdılar - VİDEO

15:25 25-04-2020 | icon 700 | Şou-biznes
JARA TV və məşhur sənətçilər həkimlərin dəstəyinə himn yazdılar - VİDEO

JARA TV musiqi kanalı, Stas Mixaylov, Artik Asti, EMIN, Nikolay Baskov, Lyubov Uspenskaya, Alexandr Panayotov, İrina Dubtsova, Slava, Nərgiz, Brtndon Stoun həkimlərə və tibb işçilərinə minnətdarlıq himni həsr ediblər.

 

Versus.Az xəbər verir ki, Kompozisiya, COVID-19 pandemiyası zamanı həyat uğrunda mübarizə aparan və virusun bütün qurbanları üçün xəstəliyin gedişatını asanlaşdıran hər bir həkimə həsr edilib.

 

Himni ifa edən müğənnilərindən biri olan EMIN deyir:

- "Hamımıza: "Evdə qal!" deyildi. Bu, bütün dünya sakinləri üçün əsas şüar idi. Ailəmizlə birlikdə evdə olduğumuz zaman minlərlə həkim və tibb işçisi, sanki ön cəbhədəki kimi, gündə on iki saat və həftədə yeddi gün işləyirlər. Dərin minnətdarlığımızı bildirərək həyatımızı xilas edən hər kəsə “təşəkkürlər” demək istəyirik”. "Bu gözəl mahnı dünya həkimlərinə təşəkkür etmək üçün əla bir fürsətdir." Hamımız arzulayırıq ki, baş verən bu hadisələr tezliklə bitsin. Hər sənətçi izləyiciləri üçün darıxır, amma indi əsas şey sağlamlıqdır!" - Nikolay Baskov deyir. “Bir neçə ay əvvəl heç kim bütün dünyanın yeni bir virus ilə sarsılacağını düşünə bilməzdi. İndi hər kəs səfərbər olunmalı və yalnız sağlamlıqlarına deyil, yaxınlarının da sağlamlığına cavabdeh olmalıdır. Bütün həkimlərin qarşısında baş əyirik! Dostlar, evdə qalın!” - Stas Mixaylov.

 

Kompozisiyanın müəllifi Brendon Stoundur. İfaçılar minnətdarlıq himninin görüntülərini ev şəraitində çəkiblər və yaxın gələcəkdə videonu JARA TV və digər əyləncə məkanlarında və telekanallarda görmək olar. Həmçinin, JARA TV kanalı Crocus City Hall-da həkimlər və tibb işçiləri üçün hədiyyə olaraq geniş miqyaslı konsertə hazırlaşır.

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı