AİİB sədrindən xoşməramlı çağırış - İMKANSIZLARIN ADINI BORC DƏFTƏRİNDƏN SİLƏK
Eyyub Hüseynov: "Hər kəsi bu aksiyaya qoşulmağa dəvət edirəm"
""Azad İstrhlakçılar" İctimayi Birliyinin (Aİ İB) Sədri olaraq müqəddəs Ramazan ayının başlaması ilə əlaqədar bir xeyriyyəçilik aksiyasına başladım və bütün vətəndaşlarımızı bu aksiyya qoşulmağa çağırıram!"
Versus.Az xəbər verir ki, bu barədə AİİB sədri Eyyub Hüseynov bəyan edib.
Qeyd edək ki, aksiya "Borc dəftərlərində borc qoymayaq" və ya "Toxun acdan xəbəri olsun!" devizi altında keçirilir.
E.Hüseynov vurğulayıb ki, kəndlərdə, məhəllə dükanlarında hətta çörəyi belə nisyə alıb borc dəftərinə yazdıran ailələr vardır ki, onlara kömək etmək belə bir vaxtda yerinə düşərdi:
"Xüsusən şəhərdə yaşayan az-çox imkanı olan hər bir insanın məxsus olduğu rayonda, kənddə, yaşadığı məhəllə dükanında belə borc dəftəri vardır. Hər bir şəxsi bu borcları sildirməyə kömək etməyə cağrıram! Bu həm səvab, həm hökumətimizə xüsusən bu dönümdə kömək, həm də bizneslə məşqul olanlara köməkdir. Məsələn, mən belə etdim. Kəndimin dükançısı ilə telefon əlaqəsi yaratdım, istəyimi bildirdim. O, dedi ki, borc dəftərində çörək, un ayrı yazılmır. Bu zaman razılığa gəldik ki, 10 ən çox borcu olan və potensial olaraq ödəyə bilməyən ailənin borclarını və telefon nömrələrini göndərsin. Belə də etdi! Razılaşdıq ki, borcun kim tərəfindən ödənildiyi hec kimə deyilmir. Məbləğ dükan sahibinin istəyinə uyğun olaraq ya poçtla, ya da ilk görüşdə ödənilir".
E.Hüseynov hər kəsi bu aksiyaya qoşulmağa dəvət edib.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"