Lavrovun bəyanatı işğalçını narahat etdi?

09:30 27-04-2020 | icon 429 | Geopolitika
Lavrovun bəyanatı işğalçını narahat etdi?

Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin işğal olunmuş ətraf rayonlarımızın geri qaytarılması yolu ilə mərhələli həlli planı Ermənistanda narahatlıqlara və təpkilərə səbəb olub.

 

Versus.az xəbər verir ki, Ermənistan mediası politoloqların şərhini təqdim edib.

Mövzu ilə bağlı rəy bildirən erməni politoloqlar Rusiyanın rəsmi İrəvana qarşı əvvəlki qədər isti münasibət bəsləməməsinə rəğmən bütün hallarda Qafqazdakı ən yaxın "müttəfiqini" xərcləməyəcəyinə ümid etdiklərini bildiriblər.

“Sergey Lavrovun bu bəyanatı konkret təklifdən çox siyasi alverin bir tərkib hissəsidir. Onun dediklərində yeni bir şey yoxdur və zatən 2000-ci illərin əvvəllərindən ATƏT-in Minsk qrupunun irəli sürdüyü Madrid prinsilərinə uyğundur”, - deyə Ermənistandakı "Qafqaz" institutunun direktoru Aleksandr İsgəndəryan deyib.

 

Onun fikrincə, “Madrid prinsipləri” əslində “statusun əvəzinə əraziləri” nəzərdə tutur. Hansı ərazilərin nə vaxt qaytarılrması, sülhməramlıların harada yerləşdiriləcəyi, təhlükəsizliyin necə təmin olunacağı isə onun detallarını təşkil edir.

“Lakin məsələ burasındadır, ki, “paket variant” Azərbaycana, “mərhələli yol” isə Ermənistana sərf etmir. Ona görə proses mövqelərin ziddiyyəti ucbatından dalana dirənib,” - deyə A. İsgəndəryan qeyd edib.

Erməni politoloq Sergey Lavrovun iki ölkə arasındakı münasibətlərlə bağlı sözlərinə də toxunub: “Danışıqların detallarının açıqlanması əslində Rusiya-Ermənistan münasibətlərində xoş bir əlamət deyil. Ermənistanda hakimiyyət dəyişdikdən sonra artıq bir çox informasiya açıq efirə çıxarılmağa başlanılıb. Əvvəlki iqtidarın zamanında belə bir şeyə rast gəlmək mümkün deyildi. İndi hər şey başqadır və çətin ki, bu vəziyyət Rusiyanın xoşuna gəlsin. Buna görə də münasibətlərdə problem yaranır”, - deyə o, söyləyib.

Lakin A.İsgəndəryan bütün hallarda Rusiyanın hər iki tərəfdən vaz keçməyəcəyinə əmindir: “Rusiya nə strateji tərəfaş olaraq Ermənstandan, nə də enerji məsələlərində vacib dövlət sayılan, qonşusu Azərbaycandan imtina edə bilər. İndi Qafqazda yaranan mürəkkəb vəziyyətə görə Kreml bu iki dövlətin simasında "ikinci Gürcüstan" qazanmaq istəməz”.

“Sergey Lavrovun bəyanatı Rusiyanın Qarabağ münaqişəsinin nizamlanmasında kart-blanş saxlamaq cəhdidir”, -deyə siyasi icmalçı Stepan Səfəryan qeyd edib.

S.Səfəryan da Lavrovun növbəti bəyanatının Rusiya-Ermənistan münasibətlərində mənfi nəticə yaratmayacığını düşünür: “Doğrudur Rusiyanın Ermənistana təbii qazın verilməsi kimi təzyiq rıçaqları var. Lakin hər halda Kremlin belə keçmədiyi bəzi qırmızı cizgilər mövcuddur: bunlar Ermənistanın təhlükəsizliyi, onun Azərbaycan tərəfindən hücuma məruz qaldığı təqdirdə müdafiə olunması kimi məsələlərdir”.

Lragir.am saytının baş redaktoru Naira Ayrumyan isə Sergey Lavrovun sözügedən bəyanatla Ermənistan rəhbərliyinə ABŞ və Qərbi Avropanın ölkələri ilə yaxınlaşmaq cəhdlərinə görə xəbərdarlıq etdiyini bildirir. N.Ayrumyan Kremlin Lavrovun dili ilə yenə də Ermənistan üçün həssas mövzu sayılan təbii qazın qiymətləri məsələsinə işarə vurduğunu və problemin yaxın zamanlarda dərinləşə biləcəyini söyləyib.
Lakin onun da fikrincə, bütün hallarda bu iki ölkə arasındakı münasibətlərin fundamental xarakterinə təsir göstərməyəcək.

 

Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı