Bill Qeyts koronavirusa qarşı vaksinin 2 il ərzində sənaye istehsalının mümkünlüyünə inanır

09:43 27-04-2020 | icon 1015 | Dünya
Bill Qeyts koronavirusa qarşı vaksinin 2 il ərzində sənaye istehsalının mümkünlüyünə inanır

COVID-19 virusunun səbəb olduğu xəstəliyə qarşı peyvəndin sənaye istehsalına ən optimist ssenariyə əsasən 1 ia 2 il ərzində başlamaq mümkündür.

 

Versus.az-ın xarici mətbuata stinadən verdiyi məlumata görə, bu barədə CNN televiziya kanalına ABŞ-ın Microsoft korpiorasiyasının qurucularından biri Bill Qeyts bildirib.

B.Qeyts və həyat yoldaşı yeddi fərqli laboratoriyada vaksinlərin hazırlanması da daxil olmaqla, koronavirusun yayılmasına qarşı mübarizə üçün 250 milyon dollar ayırıb. Cütlük Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirus xəstəliyinin diaqnozu və müalicəsi üçün texnologiyaların inkişafını sürətləndirməyə yönəlmiş beynəlxalq təşəbbüsündə iştirak edirlər.

"Vaxt çərçivəsini daraltmaq çox çətindir. İdeal vəziyyətdə vaksinin buraxılışında sənaye miqyasa bir ildə çatmış olardıq. Biz bunu bacarmaya da bilərik, ən az iki il çəkə bilər", - milyarder dünya ölkələrinin vaksin hazırlamağı və istehsalı üçün birgə və ya ayrı-ayrı cəhdlərində tez bir zamanda irəliləmənin mümkün olub-olmadığı sualına cavab verərək deyib.

O xatırladıb ki, gələcək dərmanı sınamaq və sertifikatlaşdırmaq üçün üç fazalı prosedurdan keşmək mütləqdir .

Daha əvvəl ÜST tərəfindən izah edildiyi kimi, yeni təşəbbüs "koronavirusun qarşısının alınması, diaqnozu və müalicəsi üçün təhlükəsiz və effektiv texnologiyaların inkişafı, istehsalı və istifadəsini sürətləndirmək məqsədi ilə qlobal tərəfdaşlıq və əməkdaşlıqdır". Bu texnologiyalar "dünyada ehtiyac duyanların hamısına" təqdim edilməlidir.

 
Versus.az 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi