“QIZIL ADAM” BAKIDA

13:58 23-05-2018 | icon 1532 | Mədəniyyət
“QIZIL ADAM” BAKIDA

Qazaxıstan–Azərbaycan mədəni-humanitar həmkarlıq bütün istiqamətlərdə olduğu kimi, muzey sahəsində də uğurla inkişaf edir.

 

Versus.Az-ın məlumatına görə, mayın 22-də Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikası Milli Muzeyinin “Dünya muzeylərinə Qızıl adamın səyahəti” Beynəlxalq sərgi layihəsi çərçivəsində keçirdiyi “Qazaxıstan Respublikası Milli Muzeyinin kolleksiyasının zərgərlik sənətinin şah əsərləri” sərgisi açılıb. “Dünya muzeylərinə Qızıl adamın səyahəti” Beynəlxalq sərgi layihəsinin məqsədi xarici tamaşaçını erkən dəmir dövründə olan Avrasiyanın Böyük çöl qurşağının mədəni irsi ilə tanış etməkdir.

Bu gün “Qızıl adam” bütün dünyada məşhurdur və Qazaxıstan Respublikasının azadlıq simvoludur. “Sak döyüşçüsü” Qazaxıstan ərazisində tapılmış ilk “Qızıl adamdır”. Sak döyüşçüsünün geyim bəzəkləri qədim köçərilərin zərgərlik sənətində özünəməxsus yüksək bədii zövqlü əşyalardır. Ekspozisiyasında beş Qizil adam” nümayiş olunan Qazaxıstan Respublikası Milli Muzeyi “Dünya muzeylərinə Qızıl adamın səyahəti” Beynəlxalq sərgi layihəsinin çərçivəsində İssık kurqanında tapılmış saks döyüşçüsünə mənsub əşyaların kolleksiyasını təqdim edəcək.

“Dünya muzeylərinə Qızıl adamın səyahəti” Beynəlxalq sərgi layihəsinin məqsədi xarici tamaşaçını erkən dəmir dövründə olan Avrasiyanın Böyük çöl qurşağının mədəni irsi ilə tanış etməkdir.

 

1969-cu ildə qazax arxeoloqları, qazaxstan arxeologiyasının banilərindən biri K.A.Akişevin rəhbərliyi ilə İssık kurqanının qazıntıları nəticəsində e.ə. IV-III yüzillərdə Yeddi Çay arası ərazisində yaşayan sakların unikal mədəniyyətini dünyaya agah etdilər. Kurqanda dörd mindən artıq qızıl əşya tapılmışdır – geyim dekorları, bəzək əşyaları və məişət əşyaları. Qəbirdə əşyaların topoqrafiyası bundan ibarətdir: dəfn olunmuş döyüşçünün parad yaraq-əsləhəsi, dəmir qılınc və xəncərin qalıqları və sak döyüşçüsünün zahiri görünüşü tədqiqatçıların böyük əməyi nəticəsində yenidən yaradılmışdır. Əldə olunmuş zahiri görünüş tiqraxaud- saklar haqqında antik məmbələrdə qeyd olunmuş sakların geyim təsviri ilə üst-üstə gəldi. Saks hakiminin 4000-n çox qızıl geyim əşyalarının hazırlanmasında tökmə, döymə, zərb, naxış açma, zər oyunu, basmanaxış və oyma kimi müxtəlif metalişləmə texnikasından istifadə olunub. Baş geyiminin üzərində 150-ə qədər bəzək var. Bəzəklərin sıralanmasına görə 70 sm-lik ucu şiş baş geyimi (papaq) üç hissədən ibarətdir: yuxarı dünya, orta dünya və aşağı dünya. Qəbirdə 31 qab, çömçə və qaşıq tapılmışrdır. Tapıntılar arasında Qazaxıstan ərazisində ən qədim kitabə sayılan, üzərində yazı olan gümüş cam xüsusən seçilir. Yazı 26 işarəli iki sətirdən ibarətdir. Yerli arxeologiya elmi heç yarım əsr olmayan (1969-2013) dövrdə dünyaya Avrasiyanın Böyük çöl qurşağının mədəni irsi olan altı “Qızıl adam” təqdim edib. Sərgidə, Böyük çölün keçmişi haqqında əsl informasiya xəzinəsi olan qədim sənətin şedevrlərini görə bilərsiniz. Bu əşyalar çöl imperiyalarının tarixinin, böyük zəfərlərin və gözəl əməllərin şahididir. Təsadüfi deyil ki, burada nümayiş olunan bütün əşyalar qızıldan hazırlanıb. Bu gün Qazaxıstanın ərazisində səkkiz Qızıl adamın qəbri aşkar olunub. Sərgidə “Qızıl adam”la bərabər Altaydaki Berel və Mərkəzi Qazaxıstanın Taldı-2 qəbir yerində tapılmış unikal arxeoloji artefaktlar da tamaşaçıların nəzərinə çatdırılacaq. Bu əşyaların əksəriyyəti heyvani üslubda işlənilib və üstləri qızılla örtülüb. İnsan tarixinin ilk səhifələrindən başlayaraq heyvanların görünüşü haqqında təsəvvürümüz olsa da, erkən dəmir dövr tayfalarının yaratdığı ilk çöl dövlətləri dövrünün heyvani üslubunu heç bir şeylə qarışıq salmaq olmaz. Zəngin simvolika sonraki dövrdə də çöl mədəniyyəti üçün səciyyəvidir.

Sərgidə ənənəvi qazax geyim dəstləri və xalçalar da nümaiş olunur. Qazax zərgərlik sənətindəki nəbati, zoomorf, antropomorf motivlər əcdadlardan qalan miras və xatirədir. Zəngin simvolizm çöl mədəniyyətinin sonrakı mərhələləri üçün də səciyyəvidir. Bununla əlaqədar sərgidə, həmçinin, ənənəvi qazax mədəniyyətinin xüsusiyyətlərini əks etdirən tətbiqi-dekorativ incəsənət əsərləri də nümayiş olunur. Tarixi yüzillərin dərinliyinə gedən ənənəvi bədii irs qazax xalqının milli sərvəti və tarixi yaddaş şahididir “Dünya muzeylərinə Qızıl adamın səyahəti” Beynəlxalq sərgi layihəsinin marşrutuna Şərqi Asiya (Yaponiya Koreya), Cənubi-şərqi Asiya (Çin), Avropa (Avstriya, Fransa), həmçinin Rusiya, Belorusiya, Azərbaycan və Amerika Birləşmiş Ştatları daxildir.

 

Sərginin açılışında Qazaxıstan Respublikasının Azərbaycandaki səfiri Beybit İsabayev, professor Zeynolla Samaşev, QRMM-nin direktor müavini Abay Satubaldin, MATM-nin direktoru, akademik Nailə Vəlixanlı, akademik Şahin Mustafayev, Nərgiz Axundova, Mədənyyət və Turizm nazirliyinin nazir müavini Sevda Məmmədəliyeva və digərləri çıxış etdi. Sərgidə 238 ədəd eksponat nümaiş olunur. Sərgi, MATM Şərq zalında mayın 23-n iyulun 1-ə qədər nümaiş olunacaq.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”