"Müharibəyə hazır olun!" əmri
Danimarka və İsveç Rusiyaya qarşı hərbi güclərini birləşdirir.
Versus.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatının məlumatında bildirilir.
Məlumata görə, Danimarkanın müdafiə naziri Klaus Hyort ilə isveçli həmkarı Peter Hultqvist danışıqlardan sonra bu barədə qərar veriblər.
Razılaşmanın ilkin mərhələsində hava və dəniz qüvvələri kəşfiyyat əməliyyatları çərçivəsində birgə hərəkət edəcək və Rusiya hərbi təyyarələrinin hücumuna məruz qaldıqda qarşı ölkədən icazə almadan onun hava məkanına daxil olacaqlar.
Həmçinin razılaşmada Baltik dənizində iki ölkəyə təhdid xarakterli əməliyyatlar keçirən Rusiyanın su altı qayıqlarına qarşı da birgə hərəkət etmək barədə qərar qəbul edilib. Bunun üçün hər iki ölkə dənizlərdə birgə müşahidələr aparacaq.
Qeyd edək ki, 22 may tarixində İsveç hökuməti 4,8 milyon evə "müharibə təlimatları" başlıqlı bildiriş göndərib və vətəndaşların hücum əsnasında görəcəkləri təhlükəsizlik tədbirləri barədə məlumatlandırılıb.
Xəbər lenti
Klipi üçün 10 kilo çəki atdı
Pərviz Mahmudov "Vurulmuşam" dedi