Pandemiyadan sonra insanlarda bu xəstəliklər çoxalacaq

09:41 29-04-2020 | icon 577 | Sağlamlıq
Pandemiyadan sonra insanlarda bu xəstəliklər çoxalacaq

Koronavirus pandemiyası və karantində insanlar virusdan qorunduğu halda digər xəstəliklər və sağlamlıqları ilə bağlı yeni, hətta gözləmədikləri problemlərlə üz-üzə qalacaq. Mütəxəssislər karantin və pandemiya bitdikdən sonra daha çox sayda insanın müxtəlif həkimlərə müraciət edəcəyini proqnozlaşdırır. Bir sözlə, poliklinika və xəstəxanalarda xəstə sayı rekord həddə çata bilər.

 
 
Versus.Az Medicina.az-a istinadən postpandemiya dövründən hansı həkimlərin xəstə axınına məruz qalacağını təqdim edir:
 
 
1. Psixiatrlar – panik atak, nevroz, depressiya, obrussiv konsultiv pozuntular çoxalıb. Hazırda bir çox kişilər,gənclər, qadınlar, hətta yeniyetmələr panik atak tutmaları, virus səbəbindən ölüm qorxusu və beynin, sinir sisteminin daim gərgin olması səbəbindən nevrotik tutmalar keçirir. Sanki nəfəsin çətinləşməsi, sıxılma, əsmə, ürək çırpıntıları kimi simptomları digər xəstəliklərlə səhv salıb, yanlış həkimlərə müraciət edə bilərlər.
 
Epidemiyaya görə əlləri, geyimi, əşyaları, qidaları belə yumaq tədbirlərinin çoxalması bir çox qadınlarda obrussiv konsultiv pozuntular yaradacaq. Onlar postpandemiya dövründə də hər dəqiqə əl yumağa davam edəcəklər, bu isə artıq psixoloji problemdir.
 
 
2. Kardioloqlar – hərəkətsizlik, qorxu, stress, düzgün qidalanmamaq ürək-damar problemləri, damarların tıxanması, buna bağlı olaraq infarkt hallarını artıra bilər. Bu problem artıq indidən hiss olunur.
 
Eləcə də gənclər arasında ritm pozğunluğu, aritmiya çoxalacaq. Postpandemiya dövründə kardiocərrahların işi də artacaq. Çünki tıxanan damarları, qapaqları dəyişmək statistikası yüksələcək. Xüsusən virusdan qoruduğumuz yaşlı insanlar pandemiyadan sonra ürək çatışmazlığı və infarktın qurbanı olar. Ona görə də yaşı 40-dan yuxarı kişi və qadınlara elə indidən kardioloji müayinələrdən keçməyi tövsiyə edirik.
 
Evdə də olsaz gəzmək, gimnastika vacibdir. Yağlı qidalar yeməyin. İmkan tapan kimi bir saat gəzin.
 
 
3. Ağciyər üzrə həkimlər, terapevtlərə- Virusu gizli keçirənlərin, eləcə də sağalanların ağciyərlərində koronavirusun hələ də yan təsirləri qalacaq. Eləcə də karabtin dövründə çox siqaret çəkmək, evdə havasızlıq, stress və az maye qəbulu uşaqdan böyüyə kimi bronxit, XOBL, astma bronxit xəstəliklərinin başlanğıcını qoruya bilər.
 
Allergik mənşəli öskürək halları çoxalacaq. Məsləhətdir ki, pandemiyadan sonra hər kəs ağciyərlərini rentgen etdirsin.
 
 
4. Endokrinoloqlar – alimlər pandemiya sonrası diabet xəstəliyinin artacağını proqnozlaşdırır. Bu evdə qalmaqla çox yemək və hərəkətsizlik nəticəsində bədən ketlə indeksinin pozulması, qanda şəkərin artması və piylənmə ilə bağlıdır.
 
Pandemiyadan sonra gizli şəkər və insulin dirəncini yoxlatmaq üçün analizlər vermək lazımdır. Eləcə də hormonal disfunksiya, zob və s. kimi qalxanvari xəstəliklər daha çox sayda insanı, xüsusən gəncləri cənginə alacaq.
 
 
5. Psixoloqların – psixoloji, nevroloji problemləri olanlar, ciddi sosial maddi sıxıntı yaşayanlar, gələcəyinə görə narahat olanlar, baş verənləri emosional olaraq həzm edə bilməməsi insanları psixiatr və psixiloqların seanslarına üz tutmağa məcbur edəcək. Bu problemlərin həlli üçün şərt düzgün və savadlı psixoloqa müraciət etməkdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür