“Nərgiz” Klinikası, tovuzlu iş adamı və “Yeni Yurd” İB də Paşayevanın çağırışına qoşulub

12:11 29-04-2020 | icon 705 | Cəmiyyət
“Nərgiz” Klinikası, tovuzlu iş adamı və “Yeni Yurd” İB də Paşayevanın çağırışına qoşulub

Millət vəkili Qənirə Paşayeva, ziyalılar və tovuzlu iş adamları Tovuzda pandemiyadan zərər çəkmiş daha 100-dən çox ailəyə yardım göndərib.

 

Versus.Az xəbər verir ki, Qənirə Paşayeva tovuzlu iş adamlarına onun çağırışlarını dəstəkləyib birlikdə Tovuz rayonunda koronavirus pandemiyasi səbəbindən ailə vəziyyəti çətinləşən 100-dən çox ailəyə yardım göndərən “Nərgiz” Klinikasının rəhbəri Məlahət xanım Qəhrəmanovaya, tovuzlu iş adamı Aqil Zeynalova və “Yeni Yurd” İctimai Birliyinin rəhbəri Mahirə xanım Əsədovaya təşəkkürünü bildirib:

 

"Bu günə qədər olduğu kimi, bundan sonra da insanlarımıza dəstək olan hər bir xeyirxah təşəbbüsə dəstəyimizi əsirgəməyəcəyik. Eyni zamanda bu günə qədər Tovuzda pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrimizə dəstək olan hər bir insanımıza, qurum və təşkilatlarımıza dərin təşəkkürümü bildirirəm. Hər gün icra qurumlarımızla, onlarla sakinimizlə, pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrimizlə danışıram, online görüntülü müzakirə aparırıq və bütün gücümüzlə dəstək olmağa çalışırıq. İmkanları yaxşı olan bir sıra həmyerlilərimizə çağırış edərək onları çətin vəziyyətə düşən ailələrimizə dəstəklə bağlı daha da fəal olmağa, birbaşa sakinlərimizin özlərinə və ya rəsmi təşkilatlarımızın, icra qurumlarımızın nümayəndələri ilə birlikdə insanlarımıza bu yardımlarını çatdırmağa çağırırıq. Bir millət vəkili kimi və rəhbərlik etdiyim Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB olaraq da əlimizdən gələn dəstəyi insanlarımıza daha da çox etməyə çalışırıq. Pandemiya başlayan zamandan bu günə qədər hansı rayonumuza dəstək olmasından asılı olmayaraq pandemiya səbəbindən çətin vəziyyətə düşən insanlarımıza dəstək olaraq Dövlətimizin yanında olan bütün insanlara təşəkkür edirəm. Allah razı olsun! Heydər Əliyev Fondunun bu istiqamətdə fəal fəaliyyəti hamımız üçün ən gözəl örnəkdir! Cənab Prezidentimizə bütün dünyada ciddi böhran yaradan pandemiya səbəbindən çətin vəziyyətə düşən insanlarımız, ailələrə dəstəklə bağlı verdiyi sərəncamlara, tapşırıqlara, həyata keçirilən işlərə görə təşəkkürümüzü bildirməklə yanaşı hər bir imkanı çatan insan bu addımlardan örnək alaraq belə ailələrə dəstək göstərməklə Ali Baş Komandanımızın ətrafında Dövlətimiz və Xalqımız üçün birliyimizi daha da artırdığımızı nümayiş etdirir. Cənab Prezidentimizin də vurğuladığı kimi #Bizbirlikdəgüclüyük!"

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...