"Əgər xəstəlik azalmağa doğru getməzsə, qaydalar yenidən sərtləşdiriləcək"

12:11 30-04-2020 | icon 504 | Sosial
"Əgər xəstəlik azalmağa doğru getməzsə, qaydalar yenidən sərtləşdiriləcək"

Razi Nurullayev: "Vətəndaşlarımızdan xahiş edirəm ki, qaydalara, nizam-intizama əməl etsinlər"

 

"Əslində demək olar ki, əksəriyyət evdə qalmaqdan bezmir. Bir çoxları üçün evdə qalmaq çoxdankı arzuları idi. Evdə qalanlar illərlə evdə qalan problemlərini həll etmiş oldular. Xanımlar da razıdırlar ki, evlərində olan sınıq texnika, qapı-pəncərə, santexnika, həyət-baca yeni görkəm alıb. Kişilər evdədir və axır ki, illərlə yığılıb qalan problemləri həll etdilər".

 

Versus.Az xəbər verir ki, bunu vətəndaşların karantin qaydalarına riayət etməsinə münasibətdə millət vəkili Razi Nurullayev deyib.

 

Millət vəkili vurğulayıb ki, düzdür, narazı qalanlar da çoxdur, çünki onların çörəyi gündəlik qazancdan çıxıb:

"Onlar üçün evdə qalmaq stresdir. Bir də yaşlı nənə və babalarımız həyətdə gəzmək, hava almaq üçün çox darıxıblar. İnşallah, mayın 4-dən sonra karantin əsasən aradan qaldırılar. Qaldırılması vacibdir, lazımdır. İqtisadiyyat zəiflədikcə, insanlar evdə qaldıqca sosial vəziyyət daha də gərginləşir. Bunun üçün vətəndaşlarımızdan xahiş edirəm ki, qaydalara, nizam-intizama əməl etsinlər, şəxsi qoryuyucu vasitələrdən imtina etməsinlər. Əgər xəstəlik azalmağa doğru getməzsə, qaydalar yenidən sərtləşdiriləcək. Hər şey özümüzdən asılıdır və İnşallah, mayın 4-dən sonra da həkimlərin və Operativ Qərargahın tövsiyyələrinə əməl edək.

4 may karantinin son günü olsun. Biz isə söz veririk ki, qaydalara əməl edəcək və xəstəliyin yayılmaması üçün çalışacağıq! Mayın 4-dən sonra evdən çıx və iqtisadiyyatı dirçəltmək üçün əmək sərf et!".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı