Qazandıqlarımızı itirə bilərik!

12:19 30-04-2020 | icon 1576 | Kürsü
Qazandıqlarımızı itirə bilərik!

Nə etməliyik?


ELMAN BABAYEV

 

Azərbaycanın koronavirusla mübarizə istiqamətində sərgilədiyi çevik və qətiyyətli tədbirlərin olduqca müsbət nəticələri var. Biz o ölkələrdənik ki, xəstəlikdən həyatını itirənlərin sayı az, sağalanların sayı isə çoxdur, eyni zamanda infeksiyanın daha geniş arealda yayılmasının qarşısı alınıb.


Ümumdünya Səhiyyə Təşkilatı kimi nüfuzlu qurum bəyanat yayaraq Azərbaycanı bütün dünyaya koronavirusla mübarizə sahəsində nümunə kimi göstərib. Vəziyyət qürurvericidir. Buna isə hakimiyyətin vaxt itirilmədən zamanında verdiyi qərarlar, iqtidarla xalqın həmrəyliyi sayəsində nail olunub. Amma qazandığımız bütün bu uğurları bir anda itirə bilərik...

 

Görünən odur ki, aprelin 27-dən xüsusi karantin rejiminin müəyyən qədər yumşaldılması ilə əlaqədar verilən qərardan sonra təhlükənin tamamilə sovuşduğu əhval-ruhiyyəsi hökm sürməkdədir. Sanki hər şey arxada qalıb. Həqiqətən belədirmi? Birmənalı olaraq yox!

 

Bütün dünyada ümumi rəy ondan ibarətdir ki, xəstəliyin ikinci dalğası yayıla bilər. “Buna şərait yaradan amil nə ola bilər” sualına isə cavab birdir - məsuliyyətsizlik, qaydalara əməl etməmək.

 

Azərbaycanda da eyni prosesin, xəstəliyin növbəti dalğasının yaşanması mümkündür. Çünki xüsusi karantin rejiminin yumşaldılmasından sonra insanlarımızın davranışları olduqca məyusedicidir. Tibbi maskaların taxılmamasının, sosial məsafənin gözlənilməməsinin, küçələrdə izahı olmayan qələbəliyin, zəruri ehtiyac olmadan çölə çıxmaların şahidiyik. Sanki kimisə aldadırıq, kiməsə acıq edirik və bu aldanışın hər birimizə, ümumilikdə dövlətimizə vura biləcəyi zərərin isə fərqində deyilik. Bu davranışların bizi hara aparacağını təsəvvür belə etmək istəmirik.

 

Belə davam etsək nə baş verəcək? İnfeksiyanın yayılması ilə bağlı son günlər hamımızın sevinclə oxuduğumuz müsbət statistika bir anda əks istiqamətə dəyişəcək. Tətbiq olunan yumşalıdıcı tədbirlər bərpa olunacaq. Azərbaycan dövlətinin iqtisadi baxımdan itkiləri arzuolunmaz səviyyəyə çatacaq. Anlamalıyıq ki, xüsusi karantin rejimi iqtisadi baxımdan dövlətə ciddi zərər vurmaqdadır. Neftin qiymətinin dünya bazarlarında kəskin enməsini də nəzərə alsaq, itkilərin miqyasını göz önünə almaq mümkündür. Bu vəziyyətdə hakimiyyət ilk gündən daha yumşaq tədbirlər tətbiq edib iqtisadi maraqları önə çəkə bilərdi. Amma fərqli varianta - insanların sağlamlığının daha önəmli olması variantına üstünlük verildi.

 

Azərbaycan dövləti heç də asan olmayan qərar verib: iqtisadi inkişafımıza böyük zərbənin dəyəcəyinə rəğmən, insanların həyatını və sağlamlığını qorumaq! 3,5 milyard manat və ya 2 milyard dollardan çox vəsait koronavirusla mübarizə tədbirlərinə yönəldilib. Bu tədbirlər sırasında ən xırda detallar belə yer alıb.
Zaman baxımından qısa olsa da, böyük bir yol qət edilib və nümayiş etdirdiyimiz qərarlılıq, həmrəylik nəticəsində ciddi nəticələr qazanılıb. Belə bir durumda Azərbaycan hakimiyyəti aprelin 27-də başqa bir yol tuta bilərdi - xüsusi karantin rejimini tamamilə ləğv edə, iqtisadi itikilərin bərpası ilə məşğul ola bilərdi. Amma gördüyümüz kimi buna gedilməyib. Ehtiyatlı və düşünlümüş, eyni zamanda xalqın sağlamlığının daha önəmli olduğu varianta yenə də üstünlük verilib.

 

Daha böyük nəticələr qazanmaq indi özümüzə, davranışlarımıza bağlıdır. Məsuliyyətsiz davraınıb yumşaldıcı tədbirlərdən sui-istifadə etsək, əhali arasında virusa yoluxma tempi yenidən yüksələcək və prosesin ikinci dalğası tam real olacaq. Bu reallıq isə bizi daha böyük itkilərlə üz-üzə qoyacaq və onun ağır nəticələrini aradan qaldırmaq çətin olacaq.


Nə etməliyik?

1. COVID-19 xəstəliyinin uzunmüddətli proses olduğunu bir an olsun belə ağlımızdan çıxarmamlıyıq.
2. Mövcud karantin qaydalarına, xüsusilə gigiyena qaydalarına daha ciddi riayət etməliyik.
3. Kütləvilikdən qaçmalı, sosial məsafə gözləməli və digər tələblərə ciddi yanaşmalıyıq.

 

Artıq müəyyən mərhələ arxada qalıb və qaydaların nədən ibarət olduğunu, gigiyena qaydalarına necə əməl etməyi hamımız çox yaxşı bilirik. Bununla bağlı geniş maarifləndirmə işləri aparılıb. Qalır nfeksiyanın hələ bir müddət bizimlə olacağını tam anlamaq və qaydalara əməl etmək.


Biz vətəndaş olaraq, bütövlükdə dövlət olaraq yolun sonuna yaxınlaşmışıq. Səbr, vətəndaş məsuliyyəti bizi bu sona çatmağa apara biləcək yeganə amildir. Bir sıra məhdudiyyətlər götürülsə belə, profilaktik tədbirlərə, sanitar normalara uygun davranmaqla bu çətinliyi, sınağı arxada qoymaq an məsələsidir. O anı əlimizdən qaçırmayaq!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”