UEFA AFFA-ya məktub göndərib

12:54 01-05-2020 | icon 582 | İdman
UEFA AFFA-ya məktub göndərib

UEFA avrokubokların reqlamentində dəyişiklik edib.

 

Versus.az xarici mətbuata istinadən məlumatına görə, buna koronavirus pandemiyası üzündən bəzi ölkələrdə mövsümün yekunlaşmaması səbəb olub. Bu üzdən də UEFA Avropa Liqasının iştirakçılarının müəyyənləşməsi ilə bağlı qaydada düzəliş və əlavələri zəruri sayıb. Söhbət sona çatdırılmayan ölkə kubokundan verilən vəsiqənin sahibinin müəyyənləşməsindən gedir.

 

Artıq mövsümü bərpa olunmayacağı elan edilən Niderland, Fransa kimi ölkələrdə bənzər problemlərin yaranması, İspaniyanın UEFA ilə bu mövzuda danışıqlar aparması qurumu reqlament dəyişikliyini nəzərdən keçirməyə vadar edib.

 

Qərara alınıb ki, kubok yarışları başa çatmayan ölkələrin avrokubokların 2020/21 mövsümündəki sonuncu təmsilçisi çempionatın yekun kimi qəbul olunan turnir cədvəlinə əsasən müəyyənləşsin. Bununla bağlı sirkulyar məktub UEFA-ya üzv olan 55 milli assosiasiyanın, o cümlədən AFFA-nın prezident və baş katiblərinə göndərilib.

 

Əgər Azərbaycanda 2019/20 mövsümü başa çatdırılmasa, “Qarabağ” Çempionlar Liqasına, hazırkı turnir cədvəlində növbəti yerlərdə qərarlaşan “Neftçi”, “Keşlə” və “Sumqayıt” Avropa Liqasına vəsiqə qazanacaq. Sonuncular kubok yarışı başa çatmaması ilə bağlı reqlament dəyişikliyinə görə buna nail olacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol