"Fənərbaxça"nın yeni baş məşqçisi deyir ki...

12:56 01-05-2020 | icon 429 | İdman
"Fənərbaxça"nın yeni baş məşqçisi deyir ki...

Ərsun Yanalla yollarını ayırdıqdan bəri baş məşqçi axtarışında olan "Fənərbaxça" yeni çalışdırıcısını müəyyənləşdirib.

 

Versus.Az xəbər verir ki, Türkiyə klubu Zaqreb "Dinamo"sunun sabiq çalışdırıcısı Nenad Belitsa ilə danışıqlara başlayıb.

 

Mirça Luçesku, Abdullah Avcı, Eusebio Di Françesko kimi mütəxəssislərin adlarını siyahıdan silən rəhbərlik bütün diqqətlərini xorvatiyalı çalışdırıcıya yönəldib. Hazırda işsiz olan 49 yaşlı məşqçi özü də bunu təsdiqləyib:

"Fənərbaxça" ilə danışığımız olub. Hələ dəqiqləşən bir şey yoxdur. Görüşlər davam edir".

 

Türkiyə mətbuatı rəhbərliyin Belitsa ilə ortaq məxrəcə gəlməyə çox yaxın olduğunu vurğulayıb. Tərəflərin illik 2 milyon avroluq maaşda anlaşdığı bildirilir.

Ardıcıl iki il Zaqreb "Dinamo"sunu ölkə çempionu edən Belitsanın komandası cari mövsüm də 18 xallıq fərqlə lider mövqeyində idi. Lakin rəhbərlik ondan icazəsiz koronavirus pandemiyası ilə əlaqədar futbolçuların və məşqçilər korpusunun maaşlarını azaldınca çalışdırıcı istefa verib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür