Qənirə Paşayeva Hesablama Palatasının hesabatına dair təkliflər irəli sürüb - VİDEO

17:46 01-05-2020 | icon 422 | Siyasət
Qənirə Paşayeva Hesablama Palatasının hesabatına dair təkliflər irəli sürüb - VİDEO

"Təklif və tövsiyələrə əməl etməyən qurumların adlarının açıqlanması vacibdir"

 

Millət vəkili, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva MM-da Hesablama Palatasının 2019-cu il hesabatı ilə bağlı çıxış edib.

 

Versus.Az xəvər verir ki, Qənirə Paşayeva Prezidentin rəhbərliyi altında korrupsiyaya qarşı mübarizə istiqamətində görülən işlərdən danışıb.

 

Daha sonra millət vəkili Hesablama Palatasının hesabatına dair təkliflər irəli sürüb:

”Hesablama Palatasının vəzifəsi sadəcə nöqsanları üzə çıxarmaqdan ibarət olmalı deyil. Hesabatda təklif və tövsiyələr hissəsinə diqqətlə baxdım. Bu təklif və tövsiyələrin bir hissəsi illərlə təkrarlanır. Bu təkliflər ölkə başçısının ölkəmizdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı siyasətinin gücləndirilməsinə xidmət edən təkliflərdir. Ancaq bəzi qurumlar bu təklif və tövsiyələrə əməl etmir. Deməli, ciddi dəyişiklik və islahatlara ehtiyac var. Ona görə də bu təklif və tövsiyələrə əməl etməyən qurumların adlarının açıqlanması vacibdir. Eyni zamanda bu təklif və tövsiyələrə əməl edən qurumlar da açıqlanmalıdır. Həmkarlarımın vurğuladığı kimi, bu sahədə qanunvericilikdə də təkmilləşmələr aparılmalıdır. Bununla dövlət büdcəsinə bərpa edilən vəsaitlərin həcmi də artırıla bilər. Onda növbəti dəfə bu hesabatlarda daha çox pozuntuların azalmasından və büdcəyə daha çox vəsaitin cəlb olunmasından danışa bilərik”.


Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI