Partiya sədrindən Rüstəm İbrahimbəyovla bağlı TƏKLİF

09:24 24-05-2018 | icon 747 | Gündəm
Partiya sədrindən Rüstəm İbrahimbəyovla bağlı TƏKLİF

 

Əli Əliyev: “Qoy, nazirimiz nankor ssenaristdən imtina etsin”

 

 

“Rüstəm İbrahimbəyovun çəkdiyi film ciddi müzakirə olunur. Təsadüfi heç nə yoxdur. O zaman da prezidentlik eşqinə düşməsinin səbəbi barədə danışanda demişdim ki, bunun davası qarın davasıdır. Əks halda, nədən qəflətən xalq yadına düşdü, YAP-ın qüsurlarını görməyə başladı? Müxalifətə simpatiyası İlham Əliyevdən qisas almaq, sahibi Putinin əlinə oynamaq istəyindən yaranmışdı”.

 

Versus.Az-ın məlumatına görə, bunu “Qafqaz üçlüyü” filminin ssenari müəllifi olan Rüstəm İbrahimbəyovla bağlı açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib:

 

“Məsələ ilə bağlı danışmağa mənəvi haqqım var. O dövrdə az adamlardan idim ki, İbrahimbəyovun, bütövlükdə Milli Şuranın üzərinə gedirdim. Çətin idi. Amma bilirdim ki, Putinin planına ayaq vermək olmaz. Baş tutmadı o proje. Nəyə təəccüb edirik ki? Öz mədəsi üçün yaşayan, obyektlərini işə salmaq üçün başqasının aləti olmağa müntəzirin, ölkəni təslim etməkdən ötrü əldən gedən birisinin belə ssenarisinə nədən təəccüb edirik? Onu ilk növbədə YAP uzun illər bəsləyib. Bakıdakı çoxşaxəli biznesinin "dobro"su iqtidardan gəlməmişdimi? Yəni İbrahimbəyov meyvəsi, həm də hakimiyyət bağçasının məhsuludur. Əlbəttə ki, onu vasitə kimi başına çıxaran müxalifət kəsiminin də günahı az deyil. Bir sözlə, İbrahimbəyov nümunəsi bir daha göstərir ki, kosmopolitizm təhlükəli ünsürdür. Belələrinə səlahiyyət vermək olmaz. Nə yazıqlar ki, iqtidarın bəslədikləri sırasında belələri çoxdur. Yalları kəsilən kimi nəinki sahibinə, bütün dəyərlərə də şıllaq atarlar”.

 

Partiya sədri açıqlamasında təklif də irəli sürüb. Bildirib ki, hakimiyyətin asilərdən ictimai şəkildə imtinasının davamı olaraq, xarici işlər naziri Elmar Məmmədyarov Rüstəm İbrahimbəyovdan imtina etsin:

 

“İbrahimbəyov xarici işlər naziri Məmmədyarovun yaxın qohumudur. Təkcə iqtidara deyil, bütövlükdə millət və dövləti aşağılayıb, bizimlə düşmənçilik edən tərəfə qulluq mövqeyindən çıxış edib. Qoy, nazirimiz nankor ssenaristdən imtina etsin. Bununla da cəmiyyət iqtidar üçün dövləti maraqlarla şəxsi maraqları arasında bərabərlik işarəsinin olduğundan xətircam olar”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

“İranın bu təhdidləri yeni deyil”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Novxanıda ağır QƏZA

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Qeyri-etik paylaşımlar edən şəxslər HƏBS OLUNDU

“Qarabağın Rəngləri”: Qarabağ Dirçəliş Fondunun yeni layihəsi

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ