Karantindən çıxmaqla bağlı 6 metodik qayda hazırlanır

18:23 01-05-2020 | icon 379 | Sosial
Karantindən çıxmaqla bağlı 6 metodik qayda hazırlanır

"Karantindən müvafiq qaydalara əsasən çıxmaqla bağlı 6 metodik qayda hazırlanıb”.

 

Versus.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildrib.

 

R.Bayramov qeyd edib ki, karantindən çıxdıqca həmin iş sahələri üzrə müvafiq qaydalara əməl olunmalıdır:

“Bu məqsədlə Operativ Qərargah tərəfindən metodik göstərişlər olacaq. Hazırda 6 metodik göstəriş var. Burda vətəndaş qəbulu keçirən qurumlar, ictimai nəqliyyatda davranışlar, qida məhsulları ticarəti ilə məşğul olan müəssisələr, turizm və otelçilik sektoru, ictimai iaşə müəssisələri, eyni zamanda müxtəlif ticarət və xidmət sahələri üçün əks epidemik tədbirlər metodik vəsaitdə əksini tapacaq. Metodik vəsaitlər təsdiq üçün üst qurumlara göndərilib”.

 

TƏBİB rəsmisinin sözlərinə görə, metodik göstərişlər sabahdan etibarən koronavirusinfo.az saytında yerləşdiriləcək:

“Bunlar müvafiq sektorlara ünvanlanacaq. Qaydaların icrası həyata keçirilməlidir. Həm iş yerləri, müəssisələr, həmçinin vətəndaşlar bu qaydalara ciddi əməl etməlidir".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI