Vətəndən pay olmayır

20:49 01-05-2020 | icon 2499 | Köşə
Vətəndən pay olmayır

Bu günün və sabahın ən sarsıdıcı zərbəsi

ƏMRAH FƏQANOĞLU

 

Uşaq vaxtlarım idi, 5-6 yaşım olardı. Böyüklərin söhbətlərindən tez-tez eşidirdim ki, Amerika bizimlə, yəni sovetlərlə müharibə etmək istəyir.

 

Bir dəfə böyük qardaşım Ehtiramdan (17 yaşında tələbə ikən həyata vida etdi) soruşdum: bu Amerika bizimlə niyə dava eləmək istəyir? Dedi: torpaq istəyir, ona görə. Davanın pis və qorxulu, insan qırğınına səbəb olan şey olduğunu anlamışdım, bu səbəbdən də uşaq məsumluğu, sadəlövhlüyü ilə dedim: kəndimzdən xeyli aralıda nə qədər boş ərazilər var, versinlər Amerikaya, dava olmasın. Qardaşım gülümsünüb cavab verdi: bu yerləri verəndən sonra Amerika deyəcək, indi də başqa əraziləri, kəndinizi bizə ver, sonra da qalan nə var hamısını... Bax, buna görə heç kəsə bir qarış da torpaq vermək olmaz! Başımla təsdiqləyib, "hə" dedim və qardaşımın boynunu qucaqladım...

Onun sözləri mənə ömürlük həyat dərsi oldu və yəqin bir də öləndə unudacam bu ibrətamiz hekayəti...


Qondarma Ermənistan başda olmaqla, hansısa dövlətlərin bizə qarşı torpaq iddiaları mövzusu gündəmə gələndə də ilkin olaraq həmin söhbəti xatırlayıram. İddialar çox ola bilər, bu, təbiidir.

 

Prezident, Ali Baş Komandan İlham Əliyevin "Azərbaycan öz torpaqlarının bir qarışını belə heç kəsə güzəştə getməyəcək!" və “Ermənistan Azərbaycanın ərazisində yaradılıb və biz tarixi torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç zaman imkan verməyəcəyik!” bəyanatları isə hər bir azərbaycanlının ürəyindən qopan gurultulu səda, nida və iti ox kimi bizdən torpaq umanlara bu günün və sabahın ən sarsıdıcı zərbəsidir!


Cabir Novruzun dediyi kimi,

 

Bilir ərlər-ərənlər
Vətənə tay olmayır,
Ömürdən pay verərlər,
Vətəndən pay olmayır!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı