Razi Nurullayev tenderlərdəki saxtakarlıqdan DANIŞDI

09:21 02-05-2020 | icon 664 | İqtisadiyyat
Razi Nurullayev tenderlərdəki saxtakarlıqdan DANIŞDI

Razi Nurullayev: "Satın alınacaq mallar və xidmətlər şişirdilir, mallar yığılıb anbarlarda qalır"

 

“Hesablama Palatasının üzərinə ciddi iş düşür. Narahat olduğum məqam Palatanın ritorikasının və yanaşmasının liberal olmasıdır. Gözləntilər böyükdür və daha dərin araşdırmaların və daha sərt ritorikaların işlənməsinə ehtiyac var. Hesabatda bəzi məqamları sezdim ki, sanki yanlışlıqlar, büdcə şişirtmələri, xərclərə nəzarət olunmaması savadsızlıqla, bacarıqsızlıqla, təcrübəsizliklə bağlıdır. İnanın ki, belə deyil”.

 

Versus.Az xəbər verir ki, bunu mayın 1-də Milli Məclisin plenar iclasında çıxışı zamanı deputat Razi Nurullayev deyib.

 

R.Nurullayev bildirib ki, satın alınacaq mallar və xidmətlər şişirdilir, mallar yığılıb anbarlarda qalır:

“Bu səmərəliliyi, ehtiyacın həcmini bilməmə deyil, yaxud da yanlış hesablama deyil. Nə qədər çox mal və xidmət alırsan, bir o qədər “otkat” gəlir. Bu birbaşa maliyyənin silinməsi, büdcə talançılığı deməkdir. Bu məsələnin cinayət məsuliyyəti yaratması barədə yumşalmalar gedir, amma bəlkə də doğru deyil. Tenderlərin keçirilməsi rəsmiyyətdir. İnana bilmərəm ki, bir kimsəsiz şirkət razılaşdırmadan, rüşvət vermədən tender qalibi ola bilər. Əksər hallarda isə tenderi udan MMC tenderi sifariş edən vəzifəli şəxsin qohumunun, tanışının, oğul və qızının adınadır. Bu, dövlətin pulunu qanunsuz şəkildə mənimsəməkdir. Ölkəmizdə keçirilən tenderlər ikrah hissi yaradır. Mən tender elanları görəndə qıcıqlanıram. Çünki, bilirəm ki, qalib çoxdan məlumdur. Hansısa şirkətlər də aldanıb tender prosedurlarına görə pul köçürür və ziyana düşür. Bilirsiniz bu nəyə bənzəyir? Televiziya və radiolarda viktorina keçirilir. Sual verirlər ki, Azərbaycanın paytaxtı haradır? Bir saat da vaxt verirlər, ya da deyirlər ki, sabaha kimi cavablarınızı SMS-lə göndərin. Qəsdən uşaq bağçası səviyyəsində asan sual verirlər. Minlərlə insan tora düşür. Bir nəfər əlli manatlıq mükafat alır, veriliş sahibi böyük məbləğ qazanır. Ölkə vətəndaşları ilə bağça səviyyəsində məzələnmək istəyənlər böyük səhvə yol verir və özlərinə quyu qazırlar”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI