Adada qalan azərbaycanlı dünya çempionundan xəbər var

15:04 02-05-2020 | icon 512 | İdman
Adada qalan azərbaycanlı dünya çempionundan xəbər var

Türkiyənin məşhur “Survivor” televiziya yarışmasında iştirakını dayandıran azərbaycanlı idmançı, kikboksinq üzrə dünya çempionu Pərviz Abdullayevin (“Kobra Pərviz”) may ayının 15-nə kimi ölkəyə qayıdacağı ehtimal olunur.

 

Məlumat üçün qeyd edək ki, realiti-şoudan kənarlaşdırılan altı iştirakçı koronavirusla əlaqədar Dominikan Respublikasını tərk edə bilmir.

 

Ötən gün yarışmanın yayımlandığı “TV8” kanalında canlı yayıma qoşulan iştirakçılardan biri Məryəm Kasap may ayının 10-15 tarixlərində adaya təyyarənin gələcəyini və ölkələrinə qayıtmaq ehtimallarının olduğunu bildirib. Lakin xanım iştirakçı əlavə edib ki, bu məlumat hələlik ehtimal olaraq qalır.

 

Məryəm Kasap həmçinin qeyd edib ki, yarışmada dizindən ciddi zədə alıb və müayinəyə ehtiyacı var.

 

Hazırda adanı tərk edə bilməyən keçmiş iştirakçılar otelə yerləşdiriliblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol