“Yeni dönəmdə vətəndaş cəmiyyətlərinin məsuliyyət yükü və rolu böyükdür” - MÜSAHİBƏ

12:34 03-05-2020 | icon 717 | Cəmiyyət
“Yeni dönəmdə vətəndaş cəmiyyətlərinin məsuliyyət yükü və rolu böyükdür” - MÜSAHİBƏ

Məhluqə Qaramanlı: “Koronavirus insanlara daha çox sosial ailə modellərini qurmaq imkanı yaradacaq”



Koronavirus pandemiyası ilə bağlı dünya ölkələri, eləcə də Azərbaycanda artıq yumşaldıcı tədbirlərə başlanıb. Bir çox ekspertlər pandemiyanın sona çatması ilə bağlı dəqiq tarixlərin üzərində dayanır və bir çox siyasilər ictimaiyyəti diqqətli davranmağa və səbirli olmağa səsləyir. Pandemiyanın ölkənin ictimai, siyasi, sosial – psixoloji durumunun bu prosesə nə dərəcədə adekvat cavab verdiyi birmənalı deyil. Belə bir vəziyyətdə cəmiyyətdə doğru-düzgün fəaliyyətin yol xəritəsini çıza bilən vətəndaş cəmiyyətlərinin üzərinə böyük məsuliyyət düşür ki, hazırda bu istiqamətdə görülən işlər diqqətlə izlənir.



Versus.Az xəbər verir ki, “Əlil Qadınlar” İctimai Birliyinin sədri Məhluqə Qaramanlı müsahibəsində bu və ya digər nüanslara diqqət çəkib.

 

“İnkluziv siyasətin formalaşması, cəmiyyətdə bir yenilik ola bilər”

 

- Məhluqə xanım, bu gün belə qeydlər var ki, pandemiya ərəfəsində Vətəndaş Cəmiyyətinin yeni bir fazası qurulmaqdadır. Bu faza, cəmiyyətdə daha çox hansı əsas fəaliyyət istiqamətlərində özünü ifadə edə bilər?

 

- Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı.  Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat vəsait ayrıldı. Qeyri Hökumət Təşkilatları tərəfindən də bu mübarizədə, problemin qarşısının alınmasında dayanmadan həmrəylik nümayiş etdirildi. Fəaliyyətlər müxtəlif sahələri əhatə etdi. Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürmələri  və əhali arasında küçələrdə “EVDƏ QAL” təbliğat kampaniyaları təşkil edildi, müxtəlif layihələrin bu sahəyə istiqamətləndirilməsində fəallıq edərək əhalinin az təminatlı hissəsinə, ahıllara, əlillərə, sosial problemi olan, işsiz təbəqəyə ərzaq, küçələrdə spirt, maska, bukletlər paylamaqla əhalinin təhlükəsizliyinin təminatında dövlətimizin yanında oldular. Əhali və ayrı-ayrı təşkilatların bu təşəbbüsə cəlb edilməsində xüsusi fəallıq göstərərək, səfərbər olunaraq həmrəylik nümayiş etdirdilər. Koronavirus pandemiyasına qarşı mübarizə sahəsində elan edilmiş xüsusi karantin rejimi dövründə çətin vəziyyətdə olan şəxslərə və tənha yaşayan 65 yaşdan yuxarı vətəndaşlara sosial xidmət göstərilməsi və müvafiq yardım edilməsi istiqamətində tədbirlər həyata keçirilir. QHT-ın birgə əməkdaşlıq üzrə tədbirlər planı bir neçə təşkilatın birgə əməkdaşlığı ilə daha effektiv nəticələrin əldə edilməsinə nail olundu. Tətbiq olunan xüsusi karantin rejimində ehtiyacı olan şəxslərin sosial müdafiəsinin təmin edilməsi istiqamətində müvafiq dövlət qurumları ilə yanaşı QHT-lər də fəal iştirak edir. Belə ki, 3 qeyri-hökumət təşkilatı - “Vətəndaşların Sosial Rifahı Naminə”, “Əlil Qadınlar Cəmiyyəti” və “Gələcəyə Qayğı” Regionların Sosial-İqtisadi İnkişafına Dəstək İctimai Birlikləri birləşərək yaşı 65-dən çox olan tənha ahıllara, aztəminatlı, çoxuşaqlı ailələrə, ümumilikdə çətin həyat şəraitində yaşayan şəxslərə ərzaq yardımı edib. Virusdan qorunmaq üçün tibbi ləvazimatlar və maarifləndirici bukletlər paylanılmışdı.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilən bu kampaniya ərzində bu günə qədər 300-dən çox ailəyə ərzaq dəstəyi göstərilib, əhali arasında 1000-dən çox insanlara tibbi maska, spirt paylanılmışdır. Bundan əlavə, kampaniya çərçivəsində ahıllara, əlilliyi olan şəxslərə sosial xidmətlər göstərilir, eyni zamanda əhali arasında müvafiq qərarlara riayət olunmasına dair monitorinqlər aparılır. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quluyevin təşkilatçılığı ilə   vətəndaş cəmiyyətinin liderlərinin müxtəlif sahələrin , dövlət qurumları, mədəniyyət işçiləri, nazirliklərin nümayəndələrinin iştirakı ilə  müxtəlif onlayn konfranslar təşkil olunaraq əhaliyə davamlı dəstək verilmişdir.

“Vətəndaş cəmiyyəti təşkilatları dövlətlərə inklüziv siyasətin formalaşdırılması, məlumatın paylanması və ehtiyac içində olan həssas icmalara sosial dəstəyin təmin edilməsində köməyin göstərilməsində vacib rol oynaya bilərlər. İnkluziv siyasətin formalaşması, cəmiyyətdə bir yenilik ola bilər. İnsanlar arasında bərabərlik aradan qalxar. Bu sahədə QHT-in böyük rolu ola bilər.

- Vətəndaş cəmiyyətinin bir nümayəndəsi olaraq, necə hesab edirsiniz, Pandemiya təhlükəsi cəmiyyətin hansı sosial, iqtisadi, hüquqla tənzimlənən həyat modelinə, eləcə də Azərbaycan insanının problemə baxışına, sosial, ictimai davranışlarına hansı yeniliyi gətirməkdədir?

 

- Azərbaycan Respublikasında da Koronavirus (COVİD-19) Pandemiya təhlükəsi cəmiyyətin sosial- iqtisadi və hüquqi tənzimlənən həyat modelini cızdı. Dünyanın ən çox inkişaf etmiş dövlətləri virus təhlükəsinin yayılmasının qarşısını ala bilmədi. Dünya səhiyyəsi bir daha zəif olduğunu sübut etdi. Bütün dünyada olduğu kimi Azərbaycanda koronaviruz insanlara həyat fəlsəfələrini dəyişmək, daha çox sosial ailə modellərini qurmaq imkanı yaradacaq. Çünki bu ərəfələr daha çox dağılma təhlükəsi ilə yaşayan ailələrdə doğmalıq yarandı. Hər kəs yalnız bu fikirlərin üzərində dayandı: öz ailəsini necə qorumalı.

Doğrudur, Pandemiyanın cəmiyyətdə yaratdığı psixoloji şok vəziyyəti bir çox çətinlikləri üzə çıxardı. Hər ailə bu vəziyyətə hazır deyildi. Virus hər zaman olsa da, insanlar bundan xəbərsiz olub onu adi QRİP kimi qarşıladı. Lakin insanların bu problemi ilə bərabər bəzi  maraqlı qüvvələrin fürsətcil davranışını, vəziyyəti öz xeyrinə dəyişmə cəhdlərinə də meydan verilməsi faktları da oldu. Bu həm adi vətəndaş, iş adamı, dövlət qurumlarında çalışan bəzi məmurlar tərəfindən də baş verdi.   İnsanlığa dəyərin  verilməsi xüsusi önəm kəsb etdi. Bu doğrudur ki, vəziyyətdən istifadə edən insanlar da təəssüf ki, çox oldu. Hətta mən buna inanmaq belə istəmirəm.

- Azərbaycan vətəndaş cəmiyyəti institutlarının pandemiyadan sonra görə biləcəyi və zəruri olan fəaliyyəti əsasən hansı istiqamətə yönəlməlidir? 

 

- Vətəndaş Cəmiyyəti İnstitutları sosial vəziyyəti ağır olan ailələrin, digər ehtiyacı olan şəxslərə mütəmadi olaraq  hərtərəfli yardımların edilməsini nəzərdə tutmalıdır. Aztəminatlı ailələrə göstəriləcək dəstəyin nəticəsində əldə edilən bilgiləri digər təşkilatlara, özəl qurumlara da  seminarlar təşkil etməklə öyrədilməsinə, eləcə də korporativ sosial məsuliyyətin qüvvədə olmasına çalışılmalıdır. Sosial dəstək planlarında, bölgələrə də dəstək verilməsində QHT-ın fəallığı artırılmalıdır .

Bu kimi virusların ölkəmizdə yayılmaması, təhlükəsizliyin yaradılması, qarşılaşdığımız problemin qarşısının alınması üçün insanların təmizliyə əməl etmələri ilə bağlı təbliğatın davam etdirilməsinə ehtiyac var.

Gigiyena məsləhətlərinin verilməsi ilə davamlı həkim və psixoloqlardan ibarət “ Tibbi və Psixoloji Məsləhət Mərkəzləri” təşkil edilməlidir. QHT-rı davamlı olaraq bu sahədə layihələrin işlənməsinə daha çox maraqlı olmalıdır. /ucnoqta.az/



TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...