Jurnalistlər pulsuz müayinələrə cəlb edilməlidir
Rövşən Vəziroğlu
Gündəlik həyatın verdiyi maddi-psixoloji sıxıntılar, jurnalistləri stress altında işləməyə məcbur edir.
Bir az əvvəl sosial şəkələrdə oxuduğum ilk xəbər, gənc həmkarımız Nicat Məlikovun ürək tutmasından qəfil vəfat etməsi ilə bağlı oldu. Onun da mərhum jurnalistlər İlqar Qulusoy və Natiq Qədimovla eyni səbəbdən dünyasını dəyişməsi məni dərindən sarsıtdı.
Son dörlərdə gənclər arasında ürək tutmasından dünyasını dəyişənlərin sayı durmadan artır. Hətta ötən ilin statistikası da göstərdi ki, ölkədə baş verən ölüm halları arasında ürək tutması yüksək faiz təşkil edir. Bu fakt əslində hamımız üçün bir SOS-dur. Əgər vaxtında profilaktik tədbirlər görülməsə, ürək xəstəliklərindən əziyyət çəkən, yaxud bu xəstəliklə üzləşmək təhlükəsi qarşısında qalan insanlar ödənişsiz və ya güzəştli müayinələrə cəlb olunmasalar, 2018-ci ilin sonuna qədər statistik rəqəm 100 faizə yaxınlaşacaq. Gənc həmkarlarımızın gənc yaşda ürək xəstəliklərinə tutulması onu göstərir ki, redaksiyalarda stresli və psixoloji vəziyyət altında işləmək halları hələ də qalmaqdadır. Redaksiyalarda da olmasa, gündəlik həyatın verdiyi maddi-psixoloji sıxıntılar jurnalistləri stress altında işləməyə məcbur edir.
Hörmətli həmkarım Mahammedali Qariblinin jurnalistlərin pulsuz müayinələrə cəlb edilməsi ilə bağlı təklifini dəstəkləyirəm. Müvafiq dairələr, jurnalist təşkilatları mövcud problemi diqqətdə saxlamalı, jurnalistlərin özəl və dövlət xəstəxanalarında müayinələrə cəlb edilməsi üçün layihələr və ya təkliflər hazırlamalı, səhiyyə qurumları ilə razılaşdırılmış şəkildə işlərə başlamalıdırlar. Nə qədər ki, həmkarlarımız arasında ölüm halının gəncləşməsi artmayıb, təcili tədbir görmək üçün fikirləşmək lazımdır. Ya həmin qurumlar təcili işlərə başlamalı, ya da jurnalistlər öz sağlamlıqlarını qorumaq üçün hərəkətə keçməlidirlər.
Düzdür, Qurani-Kərimdə, Həzrəti peyğəmbərimizdən (s ə v) gələn hədislərdə göstərilir ki, ölüm hansı yaşda gəlirsə-gəlsin, bu əcəldir. Əcəl insanı hər yaşda yaxalaya bilər. Bu prizmadan da ölüm halına diqqət yetirməmək olar, ancaq son illərdə gənclərin vaxtsız müxtəlif ağır xəstəliklərə yoluxaraq dünyadan getməsi hamını düşünməyə vadar etməlidir.
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...