Boş qalan nikah mərasimində gənclərə xoş sürpriz - FOTO

00:05 04-05-2020 | icon 604 | Maraqlı
Boş qalan nikah mərasimində gənclərə xoş sürpriz - FOTO

Pandemiya ilə əlaqədar bir çox ölkələrdə kütləvi mərasimlər qadağan olunub. Belə tədbirlərdən biri də toylardır. Lakin bütün bu qadağalar ABŞ-ın Kaliforniya ştatından olan cütlüyün arzularını gerçəkləşdirməyə mane olmayıb. Onların kilsədə nikah mərasimi isə maraqlı görüntülərlə yadda qalıb.

 

Bu barədə “Daily Mail” xəbər yayıb.

Bildirilir ki, bir il öncə nişanlanan Peris Xati və Emili Manasinin nikah günü təyin olunmuşdu. Lakin pandemiya ilə əlaqədar karantin onların bu planlarını pozub.

 

“Məhdudiyyətlər qüvvəyə minəndən sonra bir müddət nə edəcəyimizi bilmədik. Heç birimiz toyun təxirə düşməsini istəmirdik, axı hər şeyin nə zaman düzələcəyi bəlli deyil. Ancaq əzizlərimizi də təhlükəyə atmaq istəmirdik”.

 

Nəhayət, onlar boş kilsədə də olsa, nikah kəsdirmək və mərasimi onlayn şəkildə dostlarına yayımlamaq qərarına gəliblər.

 

Kilsə isə, öz növbəsində, onlara sürpriz edib: Ziyarətçilərin şəkillərini oturacaqlara yapışdırır.

 

Xoş sürpriz gəncləri çox sevindirib və gözəl anların qeydə alınmasına səbəb olub.

 

Mərasimə dəvət olunan fotoqraf Visens Forn tədbirdən sonra fotoları özünün “Facebook” səhifəsində paylaşıb:

“Dünən bəxtim gətirdi, belə bir möhtəşəm toya şahid oldum… Gəlin unutmayaq ki, hər şeyə rəğmən, həyat davam edir”.

 

Şəkillər sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı