Televiziya məkanında ciddi islahatlar başlayacaq

11:22 05-05-2020 | icon 657 | KİV
Televiziya məkanında ciddi islahatlar başlayacaq

12 televiziya kanalı ilə bağlı yeni sənəd imzalandı

 

Azərbaycan Respublikasında fəaliyyət göstərən 12 ümumrespublika televiziya kanalını təmsil edən 9 media qurumu televiziya industriyasının inkişafı istiqamətində birgə fəaliyyət üçün Anlaşma sənədi imzalayıb.

 

Milli Televiziya və Radio Şurasından Versus.az-a verilən məlumata görə, ümumrespublika televiziya kanallarının rəhbərləri tərəfindən imzalanmış razılaşma MTRŞ tərəfindən ölkənin televiziya məkanında ciddi islahatların başlanğıcının işarəsi kimi qəbul edilib.

 

Yaxın iki həftə ərzində Milli Televiziya və Radio Şurası kabel şəbəkə operatorları, IP TV xidmət provayderləri, radio kanallar, reklam agentlikləri, telekanallar üçün video kontent istehsalçıları, həmçinin, dövlət strukturları və Milli Məclis üzvləri ilə əlavə məsləhətləşmələr apararaq Azərbaycanın audiovizual industriyasının inkişafı konsepsiyasının yaradılması üzərində işə başlayacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi