"Qarabağa gedən zəfərə bu marşla dəstək vermək istəyirik"

13:55 05-05-2020 | icon 1395 | Mədəniyyət
"Qarabağa gedən zəfərə bu marşla dəstək vermək istəyirik"

Dərya Akdemir: "Bu, Prezidentin "biz artıq müdafiə taktikasından hücum taktikasına keçməliyik" fikrinə töhfəmiz olacaq"

 

"Qarabağa gedən zəfərə bu marşla dəstək vermək istəyirik".

 

Versus.Az xəbər verir ki, bu sözləri “Xalq qəzeti”nin saytına açıqlamasında Anka Der və Anka Azərbaycan Mədəniyyət, Sənət və Rəqs klubunun başqanı Dərya Akdemir bildirib.

 

Dərya Akdemir 30 ildən çoxdur həsrət qaldığımız Qarabağda ermənilərin dinc insanlarımıza qarşı törətdikləri soyqırımı unutmaq qeyri-mümkün olduğunu deyib. Bu bölgədə tökülən qanların hələ də qurumadığını, şəhidlərimizin ruhlarının narahat olduğunu xatırladan Anka Der başkanı Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə "Mən Qarabağı istəyirəm" adlı layihəyə start verdiklərini sözlərinə əlavə edib.

O, ümid edir ki, marş tərzində yazılan, sözləri və musiqisi özünə aid olan bu mahnı sosial şəbəkələrdə paylaşılmağa başlanandan sonra xalq tərəfindən çox seviləcək:

"Tarixən bir millət, iki dövlət kimi hər zaman yaxşı və pis günlərində bir birinin yanında olan Azərbaycan və Türkiyə ictimaiyyətinin  ortaq problemi olan Qarabağ dərdi əsli kökü Qarabağdan olan bir qarabağlı kimi məni hər zaman narahat edib. Yaradıcılığımda zatən qızıl bir xətt kimi keçən Qarabağ dərdi məni məhz bu marşın sözlərini yazmağa və daha sonra isə onu bəstələməyə sövq etdi. Bu marşla biz bütün dünyaya çatdırmaq istəyirik ki, biz türk milləti olaraq Qarabağdan əsla vaz keçməmişik və vaz keçməyəcəyik. Yaxın vaxtlarda marşın klipini türk dünyasının bir sıra sənətçiləri ilə birlikdə  hazırlamağı da planlaşdırırıq. Biz mədəniyyət nümayəndələri olaraq, öz fəaliyyətimizlə Qarabağ probleminin dünyaya çatdırılması üçün çalışırıq. Bu layihəmiz Azərbaycan Prezident cənab İlham Əliyevin Qarabağ məsələsi ilə bağlı bəyan etdiyi "biz artıq müdafiə taktikasından hücum taktikasına keçməliyik" fikrinə bizim də sənətçilər olaraq bir töhfəmiz olacaq". /xalqqazeti.com/

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...