Dövlət bayrağı hökumətə təqdim olunub

17:07 24-05-2018 | icon 801 | Siyasət
Dövlət bayrağı hökumətə təqdim olunub

Azərbaycan Xalq Cümhuriyyəti parlamentində asılan

 

1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin binasından götürülən üçrəngli Dövlət bayrağı yenidən Vətəninə qaytarılıb.

 

Versus.Az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, 100 il əvvəl Xalq Cümhuriyyəti parlamentində asılan Dövlət bayrağı mayın 24-də Nazirlər Kabinetində baş nazir Novruz Məmmədova təqdim olunub.

 

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən N.Məmmədov Dövlət bayrağının Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu ərəfədə Türkiyədən doğma Vətənə - Azərbaycana gətirilməsini mühüm hadisə adlandırıb.

 

Bildirilib ki, bolşevik işğalı nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti nümayəndələrinin əksəriyyəti Türkiyəyə mühacirət edib. İctimai xadim Mirzə Bala Məmmədzadə də onlardan biri idi. O, 1920-ci ilin aprelində Xalq Cümhuriyyəti parlamentində asılan Dövlət bayrağını da özü ilə qardaş ölkəyə aparıb. Mühacir həyatı sürən Mirzə Bala Məmmədzadə yaşadığı ölkələrdə - İranda, Türkiyədə, Polşada və Almaniyada bu bayrağı göz bəbəyi kimi qoruyub saxlayıb.

 

Onun varisi bu bayrağın İstanbulda təhsil alan və Cümhuriyyətlə bağlı tədqiqat aparan Əfqan Vəliyevə verilməsini və doğma Vətənə - Azərbaycana qaytarılmasını vəsiyyət etmişdi. Dövlət xətti ilə İstanbul Universitetində təhsil alan tədqiqatçı Əfqan Vəliyev, həmçinin qardaş ölkədə Xalq Cümhuriyyəti hökumətinin mühacir nümayəndələrinin qohumları ilə əlaqələr yaradaraq, o dövrə aid çoxlu arxiv materialları da əldə edib.

 

“Xalq Cümhuriyyətinin varisi olan bugünkü müstəqil Azərbaycanın prezidenti o dövrlə bağlı bütün tarixi hadisələrə həssas yanaşır”, - deyən baş nazir Novruz Məmmədov bu barədə prezident İlham Əliyevə məruzə edildiyini və dövlət başçısının tapşırığı ilə həmin Dövlət bayrağının ölkəyə gətirildiyini bildirib. N. Məmmədov sosiologiya elmləri doktoru Əfqan Vəliyevin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib.

 

Dövlət bayrağının Azərbaycana gətirilməsində göstərdiyi xidmətlərə görə Ə. Vəliyevə dövlət başçısı adından təşəkkürünü bildirən N. Məmmədov qeyd edib ki, yeni arxiv sənədləri bu sahədə məşğul olan alimlərə, tədqiqatçılara əlavə imkanlar açacaq.

 

“Cümhuriyyətin fəallarından olan, ictimai xadim Mirzə Bala Məmmədzadənin və digər Cümhuriyyət yaradıcılarının ruhu bu gün şaddır. Çünki bugünkü Azərbaycan, onun dövlət başçısı İlham Əliyev ölkənin tarixi keçmişinə sahib çıxır” deyən yazıçı-tədqiqatçı Əfqan Vəliyev bildirib ki, prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması, Cümhuriyyətin 100 illiyinin qeyd edilməsi dövlət başçısının Cümhuriyyətin fəaliyyətinə verdiyi böyük önəmin göstəricisidir:

 

“Mirzə Bala Məmmədzadə və məsləkdaşları həmişə inanırdılar ki, Azərbaycan öz müstəqilliyini bərpa edəcək və bu bayraq yenidən öz doğma torpağında, Azərbaycan səmasında dalğalanacaq. Xalq Cümhuriyyəti mühacirlərinin arzusu bu gün reallaşır”.

 

Sonra Ə. Vəliyev Azərbaycan Xalq Cümhuriyyəti parlamentində asılan Dövlət bayrağını və həmin dövrə aid bir sıra arxiv materiallarını - əlyazma məktubları, tarixi sənədləri, xəritələri baş nazirə təqdim edib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı