"Qurumdan qrant alan ictimai şuralar həmin qurumdan asılı vəziyyətdə olacaqlar"

14:19 05-05-2020 | icon 362 | Siyasət
"Qurumdan qrant alan ictimai şuralar həmin qurumdan asılı vəziyyətdə olacaqlar"

Azay Quliyev: “Bəzi qurumların yaratdığı ictimai şuralar formal xarakter daşıyır”

 

“Bu gün ictimai nəzarət və onun tətbiqi ən aktual məsələlərdən biridir”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı millət vəkili Azay Quliyev deyib.

 

Ölkə başçısının Milli Məclisin ilk iclasında etdiyi çıxışda da ictimai nəzarətin önəmindən bəhs etdiyini vurğulayan millət vəkili qeyd edib ki, bu gün bu nəzarətin kifayət qədər yüksək səviyyədə həyata keçirilməsindən danışmaq olmur:

"İctimai şuralar yaradılmalıdır. 33 mərkəzi icra hakimiyyəti orqanının yalnız 11-də belə qurum yaradılıb. Yerli icra hakimiyyəti orqanlarında isə vəziyyət ürəkaçan deyil. Burada vətəndaşlar, ayrı-ayrı qurumlar dediyim qurumların fəaliyyətinə açıq şəkildə nəzarət həyata keçirilə bilər. Bu gün aidiyyəti dövlət qurumları bu şuraların yaradılmasında maraqlı olmalıdır. Bəziləri bu şuraları yaratsa da, bu, formal xarakter daşıyır. Qurumdan qrant alan ictimai şuralar həmin qurumdan asılı vəziyyətdə olacaqlar”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol