Deputatdan eşitmə və danışma qabiliyyəti olmayan insanlarla bağlı ÇAĞIRIŞ - VİDEO

14:32 05-05-2020 | icon 433 | Siyasət
Deputatdan eşitmə və danışma qabiliyyəti olmayan insanlarla bağlı ÇAĞIRIŞ - VİDEO

Qənirə Paşayeva: "Eşitmə və danışma qabiliyyəti olmayan insanların televiziya verilişlərində nəzərə alınması vacibdir"

 

“Ötən gün eşitmə və danışma qabiliyyəti zəif olan insanların müraciətlərini dinlədim. Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərində də bu cür insanların sayının artması xüsusi vurğulanır. Bu insanların bir sıra maarifləndirici sosial proqramlarda nəzərə alınmaması çox ciddi narahatlıq yaradan məsələdir”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva deyib.

 

O bildirib ki, televiziyalar çox ciddi informasiya vasitəsidir:

“Eşitmə və danışma qabiliyyəti olmayan insanların televiziya verilişlərində nəzərə alınması çox vacibdir. Bir sıra televiziya proqramlarında subtitrlərdən istifadə olunsa da, bu cür insanlar xəbəri subtitr vasitəsilə oxumağı çatdırmır. AzTV, İctimai TV və digər televiziyalara müraciət edirəm ki, həmin insanların da cəmiyyətə inteqrasiya etməsi üçün işləri genişləndirsinlər. Bu məsələyə diqqət yetirilməsini Milli Məclisdən də xahiş edirik”.

 

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür

Rektor yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-dan danışıb