Bizi biz edən məmləkətimizdir

22:10 05-05-2020 | icon 1676 | Kürsü
Bizi biz edən məmləkətimizdir

Prezident "Biz birlikdə güclüyük!" sözünü əməlləri ilə də isbat etdi

ELNAR MƏMMƏDLİ
/
Milli Məclisin mətbuat xidmətinin rəhbəri/

 

Hər zaman özüm üçün müəyyən bir planlar qurmuşam. Hamı kimi mənim də şəxsimlə, ailəmlə, yaxınlarımla və nəhayət, ölkəmlə əlaqədar çox düşüncələrim, arzu və istəklərim olub. Və hər dəfə də Allahdan arzu etmişəm ki, İlahi elə et ki, Ölkəmə və Millətimə zərər dəyməsin! Çünki, məhz ölkəmiz olduğu üçün biz, deməli, bütün sevdiklərimiz var. Yəni, bizi biz edən məmləkətimizdir.

 

Bəs, bu sözləri nəyə görə yazıram? Uzatmadan cavab verirəm: Ona görə ki, xüsusi ilə də sosial şəbəkələrdə gedən müzakirələrdə bəzi insanların hələ də müəyyən həqiqətləri anlamadığını, yaxud da reallıqlara ən azı qərəzli yanaşdığını görürəm. Məni tanıyanlar bilirlər ki, həyatımın xeyli hissəsi xaricdə keçib. Qürbət isə çox həyat gerçəyini insana başa salır, öyrədir, onun sanki, gözünü açır. Vətən nədir, onun həsrəti ilə necə "qovrulmaq"olar, ölkəyə qayıtmaq üçün gün sayarkən hansı hissləri kećirirsən, doğma dildə hətta küçədə bir söz eşidəndə belə ürək necə "ağıza gələ bilir?" kimi duyğuları ancaq o anları yaşayanlar dərk edə bilərlər.

 

Allah da, dostlarım da, məni yaxından tanıyanlar da bilirlər ki, hansı işdə, ölkədə, məkanda çalışmışamsa, həmişə ilk növbədə dövlətimizi, millətimizi və onun mənafeyini hər şeydən üstün tutmuşam. Onu ali, hətta müqəddəs, toxunulmaz hesab etmişəm. Dostlar, qardaşlar, bacılar bu gün birlik günüdür. Gəlin əl-ələ verək, Prezidentimizin ətrafında daha da sıx birləşək və bu gözəl yurdumuzu, cənnət vətənimizi qoruyaq, ona uzanan əlləri qıraq!

 

Son aylarda hamı, dost da düşmən də görür ki, cənab Prezident necə yüksək əzmkarlıqla, iradə ilə Uca Millətimizə zərər verənlərin üzərlərinə gedir, onları ən ağır şəkildə cəzalandırır! Eyni zamanda xarici təsirləri də ustalıqla neytrallaşdırır, bu qədər açıq və qapalı, dost görünüb, əslində isə qəddar düşmən olanların bütün bədnam arzularını da puç edir. Bu qədər qarışıq dünyada Azərbaycanı, deməli hamımızı, evimizi, doğmalarımızı qoruyur. O çox böyük Siyasi Liderdir, çox! Bu ağır günlərdə hamının gözü prezident İlham Əliyevdədir. O insan hər bir addımı, sözü, qərarları, ən kritik məqamlarda soyuqqanlı və müdrik addımları, dik duruşu ilə faktiki olaraq ölkəsinin xilaskarı missiyasını yerinə yetirir.

 

Baxın, dünyada hazırda nələr baş verir?! Ayrı-ayrı ölkələrin başçıları bir gün bir söz deyir, sabah isə tam başqa ifadələr işlədirlər. Xalq belə anda əlbəttə ki, başını itirir. Zənnimcə niyə sualına cavab verməyə sadəcə lüzum yoxdur.

Bizə gəlincə, indi hamı görür ki, Azərbaycan necə üzü ağ, başı uca şəkildə bu illətə qalib gəlməkdədir. İnşallah biz covid-19-u mütləq yenəcəyik. Sözsüz ki, o da mütləq soruşulacaq ki, bu necə baş verdi və nə cür bacardıq? Bu sualarla və onların cavablarına hələ sonralar daha obyektiv və dəqiq qiymət veriləcək.

Əlbəttə ki, bu gün vətəndaş görəndə ki, onun dövlətinin Lideri bu dərəcədə yüksək keyfiyyətlərə sahibdir, onu təbii olaraq da dəstəkləyəcək, onun yolunda hətta can verməyə belə hazır olacaq. İlham Əliyev "Biz birlikdə güclüyük!" sözünü sadəcə sözdə demədi, əməlləri ilə də isbat etdi. "Mən iqtisadiyyatı yox, insanlarımızı seçirəm" deyərək, bu seçimi ilə kritik vəziyyətdə ilk növbədə doğma xalqını qoruyaraq, bir daha öz millətinə bəslədiyi həqiqi məhəbbətini də sübut etdi.

 

Bu günün reallığı belədir: Prezident İlham Əliyev siyasəti və müstəqil, heç kimin diqtəsi ilə hərəkət etməyən Milli Azərbaycan anlayışları bizim dövlətçiliyimiz üçün eyni anlamı daşıyırlar. Bu həqiqəti görməmək korluq, danmaq isə ən azı ədalətsizlikdir! Gəlin Milliliyimizi hifz edək və başı uca şəkildə milli dövlətimizi qoruyaraq balalarımıza miras qoyaq.

Yaşa Ana Yurdum, çox yaşa!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin