Saata görə problemini axtar

08:43 06-05-2020 | icon 1410 | Sağlamlıq
Saata görə problemini axtar

Hər gecə eyni saatda yuxudan oyanırsız?

 

Yəqin ki, çoxunuzda belə olur. Şirin yatdığınız halda, gecənin bir yarısı qəfildən oyanırsız, saata baxırsız. Və tez-tez eyni saatda oyandığınızı görürsüz. Bunun səbəbini anlamırsız.

 
 
Versus.Az Medicina.az-a istinadən xəbər verir ki, qədim Çin təbabəti bunun səbəbsiz baş vermədiyini bildirir. Problem bədəndəki enerji meridianları boyu blokların olması və bəzi orqanlara Şİ enerjisinin axınının pozulmasıdır.
 
Belə ki, gecənin müəyyən saatları bir meridian aktivləşir və bura bəzi orqanlar aiddir.
 
Hansı orqanda ki, problem, xəstəlik, müsbət enerji çatışmamazlığı varsa, həmin saatda insana narahatlıq yaradıb, onu oyadır.
 
Məsələn, axşam saat 21:00-23:00 arası – qalxanvari vəz saatıdır. Bu saatlarda yatmaq bu orqan üçün çox vacibdir. Yatmadıqda zob, hormonal disfunksiya, kistlər əmələ gəlir. Və bu orqanında problem olanlar bu saatlarda heç yuxuya gedə bilmir. Əgər yatsa da, saat 22-23:00 arası qəfil oyanır. Çox gərgin insanlar da bu saatlarda yata bilmir.
 
 
 
Saat 23:00-01:00 arası – öd kisəsi saatıdır.
 
Bu saatda qəfil yuxudan oyanma (bu hal hər gün və ya tez-tez baş verirsə) öd kisəsində problem, daş, iltihab olduğunu göstərir. Siz bu orqanı müalicə etməli və axşamlar yağlı, duzlu qidalar yeməməlisiz.
 
 
İncik insanlar, məyus olanlar, kimdənsə küsənlər, gizli kini, nifrəti olanlar və ürəyində kimisə asıb kəsənlər ya bu saata kimi yuxuya gedə bilmirlər, ya da yatsalar da mütləq eyni bu saat arası oyanırlar.
 
 
Saat 01:00- 03:-00 – qaraciyər saatıdır. Bu saatlarda qaraciyər özünü və qanı təmizləyir. Toxuma və orqanlardan artıq toksinlər, qalıqlar çıxarılır. Bu saatda oyanmaq qaraciyərin çox yükləndiyini və işinin öhdəsindən yaxşı gəlmədiyini göstərir. Bu saatda oyandıqda mütləq 1` stəkan su için. Neqativ enerji ilə yüklənənlər, işindən narazı olanlar, qəzəbli olanlar da bu saatda oyanır.
 
 
 
 
03:00 – 06:00 – ağciyərlərin vaxtıdır. Bu arada daha çox öskürək, sıxılma, boğulma, asqırıq, burun tutulması, qıcıqlanması ilə oyanırlar. Demək, ağciyərlərinizdə problem var və ya siz çox pis qidalanırsız.
Çox böyük dərdi, gizli kədəri, təzə itkisi olanlar da bu saatlarda oyanır.
 
 
Yatmazdan əvvəl tənəffüs gimnastikası edin, su için, bir qədər döş qəfəsini hərəkət etdirən idman hərəkətləri edin.
 
 
05:00-07:00- bağırsaqlar. Yuxunun ən şirin vaxtıdır, bu zaman qəfil oyanırsızsa, həzm pozulmanız, bağırsaq probleminiz var. Qəbizliyi, ishalı, artıq çəkisi olanlar ən çox bu saatda oyanır.
 
 
Həyatından narazı olanlar, tələsənlər, özünü nədəsə günahkar bilənlər də bu saatda qəfil oyanır. Bu problemlər üzərində işləyin, mədə-bağırsağınızı qaydaya salın.
 
 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin